Magazin1
Türkiyəli aktrisa zəhərləndi, Bakıya gəlmədi - FOTOLAR
“Möhtəşəm yüz il” teleserialında Sümbül Ağa obrazı ilə məşhurlaşan türkiyəli aktyor Səlim Bayraktar Bakının qonağı olub. Aktyorun paytaxtımıza səfər etməsinin məqsədi “Kırmızı” adlı filmin “28 cinema”da qala gecəsinin baş tutması ilə bağlı olub.
Filmin təqdimatını keçirməzdən öncə ekran işini ərsəyə gətirən rejissor Yüzel Müştekir və ssenaristlər Hasan Fırıncı və Adnan Bahadır jurnalistlərin qarşısına çıxaraq medianı maraqlandıran sualları cavablandırıblar.
Publika.az-ın konfransda iştirak edən əməkdaşı xəbər verir ki, filmin baş qəhrəmanını canlandıran Selim Bayraktar filmi izlədikdən sonra unutduğumuz özümüzə dönəcəyimizi bildirib:
“Uşaqlıqda unutduğumuz, qaytarmaq istədiyimiz özümüzə dönəcəyik. Uşaqlığımızın ilk 7 yaşını görəcəyik .Filmdə eşq, dostluq, qorxu var. Filmin “Qırmızı” adlanması rəng ilə əlaqələnmir. Bunu tamaşaçı filmi izləyəndə anlayacaq. Qırmızı rəngdə hər kəs müxtəlif məna görə bilir. Kisi eşq, kimi dava, digəri isə gücü görə bilər”.
Filmin baş rol ifaçılarından olan Cemal Hünal və Leyla Göksün də qala gecəsində iştirak edəcəkləri deyilsə də, onları təqdimatı zamanı görən olmadı.
“Cemal hazır teatrda oynayır. Vaxt baxımından çatdırmadı və bu gün burada ola bilmədi. Leyla isə zəhərləndi. Təcili xəstəxanaya aparılmalı olub. Hazırda Acıbadəm xəstəxanasında müalicə olunur”.
Qeyd edək ki, filmin çəkilişləri 6 həftədə yekunlaşıb. Yaradıcı heyət Türkiyədən sonra ilk olaraq təqdimatı Azərbaycanda keçiriblər.
İsa Şükürov
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO





































