"Eurovision-2017" favoritləri müəyyən edildi
Bizi izləyin

Magazin2

"Eurovision-2017" favoritləri müəyyən edildi

Bukmekerlər "Eurovision-2017" favoritini müəyyən edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bukmekerlər may ayında Kiyevdə keçiriləcək mahnı müsabiqəsinin iştirakçıları arasında ilkin favoritlərini açıqlayıb. Bu barədə Eurovisionworld.com saytı məlumat verib.

Verilən proqnozlara görə, birinci yeri “Occidentali's Karma” mahnısı ilə italiyalı iştirakçı Françesko Qabbani tuta bilər.

Bolqarıstandan olan Kristian Kostovun “Beautiful Mess” mahnısı ilə müsabiqənin ikincisi olmaq ehtimalı yüksəkdir.

Üçüncü yerə isə bukmekerlər “I can`t go on” mahnısı ilə İsveçin nümayəndəsi Robin Benqsston layiq görüb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm