Magazin2
Mustafa Sandalın həyat yoldaşından ŞOK AÇIQLAMA: "11 ildir ki, onu.."
Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal boşanma ərəfəsində olan həyat yoldaşı Əminə Sandal ilə oğlunun 6 yaşını qeyd edəcəyini desə də, həmin gün orda ola bilməyib.
Publika.az xəbər verir ki, Türkiyə mediasının gündəmini zəbt edən xəbərə görə, Mustafa Sandalın oğlunun ad günündə iştirak edə biməməsinin səbəbi sadəcə iş olub. Bununla bağlı jurnalistlərə açıqlama verən Əminə Sandal isə deyib ki, bəhanədir, biz tezliklə boşanacağımız o, ad gününə qatılmayıb.

Müğənninin həyat yoldaşı boşandıqdan sonra keçmiş sevgilisi ilə bir araya gələcəyi ilə bağlı söhbətlərə sərt reaksiya verib: "Boşandıqdan sonra soyadımı dəyişməyi planlaşdırıram. Lakin Marko Miskoviçlə adımın eyni hallanmasını istəmirəm. 14 yaşımdan bu günə kimi heç bir qalmaqalda adım hallanmayıb. İndi isə boşanma məsələsini fürsət etməyə çalışırlar. Mən Markonu 11 ildən çoxdur ki, görmürəm. Hazırda həyatımda heç kim yoxdur. Mustafa ilə ayrıldıqdan sonra isə uzun zaman həyatımda heç kimə yer verməyəcəm. Əsas məqsədim uşaqlarımla rahat və sakit həyat yaşamaqdır".

Qeyd edək ki, Mustafa Sandal və Əminə Sandal cütlüyünün 6 yaşlı oğlan övladları var.
Mətbuatda 2017-ci ilin dekabr ayında cütlüyün boşanacağı haqqında məlumat yayılıb. Boşanmaya səbəb isə Əminə Sandalın keçmiş sevgilisi Marko Miskoviç ilə hələ də münasibətdə olması deyilir.
Könül Cəfərli
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































