Sıla ilə məşhur aktyordan bir-birlərinin ünvanına SƏRT İTTİHAMLAR: “Yaşadığım kabusu…”
Bizi izləyin

Magazin2

Sıla ilə məşhur aktyordan bir-birlərinin ünvanına SƏRT İTTİHAMLAR: “Yaşadığım kabusu…”

Sevgilisi Əhməd Kuraldan şiddət görən müğənni Sıla sosial şəbəkədə uzun açıqlama verib.

Publika.az xəbər verir ki, müğənni bildirib ki, aktyorun ona yaşatdığı kabusu heç bir məhkəmə cəzası yaddaşından silə bilməz:

"Salam, bəzən sözə başlamaq çox çətin olur. Yəqin ki, ən doğrusu məsələyə birbaşa keçməkdir. Həyatımdakı insanın fiziki şiddətinə məruz qaldım. Bu, fiziki zədə bir yana, insanın qadınlığını darmadağın edən hadisədir. Həyatda gəldiyiniz yer və uğurlarınızın bir anda əhəmiyyətsiz qaldığı dəhşətli təcrübə idi. Bu ölkədə bu günə qədər nə qədər şiddətə məruz qalan qadın varsa, gözlərinin gözlərinizə dəydiyi bir anmış. Artıq təəssüf ki, "Mən şiddətə məruz qaldım" deyə küçəyə çıxıb qışqırmağın asan olmadığını anladımş Amma onu da bilirəm ki, mən sussam öncə özümə, sonra da bu ölkənin qadınlarına, şiddətə məruz qalan insanlarına haqsızlıq etmiş olacağam. Odur ki, bu məsələ ilə bağlı susmamağa qərar verdim. Qanunların mənə verdiyi hüquqları istifadə edəcəyəm. Lakin heç bir cəza yaşadığım dəhşəti həyatımdan silməyəcək, bunu çox yaxşı bilirəm. Amma bu həyatda mahnılarla, sözlərlə ünsiyyət yarada bilmişiksə və özümü bir az tanıda bilmişəmsə, gücümü sizlərdən aldığımı da bilirsiniz. Mənə tətbiq olunan dəhşətli zorakılıq qarşısında səssiz qalmamağı seçirəm. Bəziləri sevilməyi öyrənməmiş ola bilər, amma məhəbbətin bununla heç bir əlaqəsi yoxdur”.

Aktyor Əhməd Kural isə hadisəylə əlaqədar bu açıqlamanı verib:

"Əvvəlcə belə çirkin iddialarla qarşınızda olduğum üçün çox təəssüf edirəm. Bu çirkin iddiaların heç birini qəbul etmirəm. 28 Oktyabr günü Sıla və ailəmlə yemək yedik. Deyib-gülüb evimizə gəldik. Aramızda qarşılıqlı itələşmə oldu. Bu zaman yalnız qolundan tutdum. Onun xaricində heç bir iddianı qəbul etmirəm. Bununla əlaqədar hüquqi yollara müraciət edəcəyəm. Çox məyusam, çox!"

Qeyd edək ki, CHP lideri Kemal Kılıçdaroğlu sevgilisi Əhməd Kural tərəfindən şiddətə məruz qalan müğənni Sılaya dəstək olub. Partiya rəhbəri sənətçiyə zəng vurduğunu bildirib:

“Ölkənin çox sevilən bir sənətçisidir. Bir qadın və sənətçiyə qarşı tətbiq edilən şiddəti qəbul etmirik. Çünki sənətçi ictimaiyyətin bəyəndiyi, qəbul etdiyi, dinlədiyi önəmli bir şəxsiyyətdir. Sılaya keçmiş olsun diləklərimi çatdırdım. Təşəkkürünü bildirdi. Kədərlənməməsini rica etdim. Xalq onun yanındadır, dəstəkləyir. Biz şiddəti qınayırıq”.

Xatırladaq ki, Sıla ötən gün polisə müraciət edərək sevgilisi, aktyor Əhməd Kural tərəfindən şiddətə məruz qaldığını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm