Magazin2
Məşhur müğənninin döydüyü həyat yoldaşı: “Kaş başqa bir qadına gedərdi...”
"Kaş başqa bir qadına gedərdi, amma sağ olardı. Çünki sağ olsaydı, həyatını yaşayacaqdı".
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Müslüm Gursəsin həyat yoldaşı Möhtərəm Nur Kanal D-də yayımlanan “2-ci Sayfa” verilişinə qonaq olarkən deyib. 2013-cü ildə vəfat edən məşhur ifaçının xanımı əri haqqında özəl xatirələrini paylaşıb:
“Müslüm evdə uşaq kimi, çöldə isə çox ciddi idi. Evdə münasibətlərimiz çox yaxşı idi. Haqsızlığa heç dözümü yox idi. Xoşbəxt idik, ailədaxili şiddət və zorakılıq olmayıb. Müslümə aid hər şey üçün darıxıram. Onu hər zaman evin içində - yanımda hiss edirəm, amma səsini eşidə bilmirəm. Tez-tez mətbəxə qəfil soxulmasını xatırlayıram. Əlinə sazını alıb “Hadi, di başla, "Bu Dağlarda Kar Olsaydım”ı ifa et” deyərdi. Qəlbini qırmazdım, mətbəxdən bütün binaya konsert verərdik.
İzah edə bilməyəcəyim qədər yaxşı insan idi. Aramızda nə qısqanclıq mübahisələri oldu, nə də ayrılmağı düşündük. 33 il bir-birimizi çox yaxşı başa düşdük. Çünki bir-birimizə həm ömür-gün yoldaşı, həm ər-arvad, həm dost, həm də valideyn ola bilirdik".
Möhtərəm Nur evliykən Müslüm Gürsesin onu döyməsi haqqında yayılan iddialara cavab verib.
"Hər başdan bir səs çıxır. Əlbəttə, ər və arvad arasında mübahisə olur. Bu, ilk vaxtlar oldu. Amma onu idarə edən adam mən idim. Hər şeyinə dözürdüm. O, mənə qarşı xoşagəlməz mövqe sərgilədiyi zaman susdum...
Bir sillə, iki sillə vurub... Mənə nə olacaq? Heç əhəmiyyəti də yoxdur. 5 dəqiqə sonra "Müslümcüğüm, sənə bir çay gətirim” deyəndə "Hadi, həyatım gətir, içək” deyirdi.
Kaş başqa bir qadına gedərdi, amma sağ olardı. Çünki sağ olsaydı, həyatını yaşayacaqdı. Bəli, dediklərim çox acı ola bilər, dəli kimi sevən insanlar ayrıldıqdan sonra bir-birini unuda bilirlər. Mühüm olan şey həyatda olması idi, bu qədər insan onu sevir.
Mən gedəcəyəm deyə evin bütün radiatorlarını dəyişdirdim, təmir etdirdim. Onu bir gün qarşıma aldım "Müslümcüğüm, bax mən birdən gedərəm, amma bir həftə sonra bir arvad al, yaxşı və ya pis, evlən” - dedim. O, mənə "Dəlisən, necə belə şeylər düşünə bilirsən? Niyə sən öləcəksən, düşmənlər ölsün”, - deyə cavab verdi. Mən yenə də ona "Haqqını halal et, zəhmətin çoxdur” dedim. "Halal olsun, lakin niyə sən ölürsən, qoy elə mən ölüm” dedi".
Məlumat üçün bildirək ki, Müslüm Gursəs haqqında çəkilən "Müslüm" filmi Türkiyədə baxış sayına görə bütün rekordları qırıb. Gerçək həyat hekayəsindən bəhs edən filmə kinoteatrlarda 7 həftədə 6 milyon 51 min tamaşaçı baxıb.
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...