Magazin2
Məşhur amerikalı sənətçi İslamı qəbul etdi - Evində Türkiyənin bayrağını asacaq
Maykl Cekson və Uitni Hyuston başda olmaq üzrə bir çox görkəmli sənətkarın vokalistliyini edən amerikalı artist Della Miles islamı qəbul edib.
Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, məşhur bir sıra konsert görüşməsi üçün İstanbula gəlib. Türkiyə və türk insanına olan heyranlığını hər fürsətdə dilə gətirən ifaçı Sultanəhməd Məscidi və arxitekturasına heyran qalıb. Tarixi abidələri ziyarət etdikdən sonra alış-veriş edən Miles evinə asmaq üçün Türk bayrağı alıb. Xoşbəxt anlarını sosial media hesablarından da bölüşən Della Miles “Eşhedü ən la ilahə illəllah və eşhedü enna Muhammeden abdühü və resulühü” yazaraq böyük bir sürpriz edib.
Ötən həftə Yeni Zellandada baş verən qırğından sonra sənətçi İstanbul səfərində bir müddətdir arzusunda olduğu qərarını həyata keçirərək müsəlman olub. Təxminən bir ildir ki, müsəlmançılıq və İslam dini haqqında çox müxtəlif araşdırmalar aparan Della fikirlərini belə ifadə edib:
“Dünyanın bir çox yerində islamofobiya bir xəstəlik kimi yayılır. Bunun ən vəhşi nümunəsini Yeni Zelandiyada gördük. Qanımız dondu. İçimiz parçalandı. Sevgisizlik və tolerantlıq çatışmazlığı indiki dövrün vəbasıdır. Bunun əksinə, İslam sevgi və tolerantlıq dinidir. Bir pişik yuxudan oyanmasın deyə paltarını kəsən Həzrəti Məhəmmədin inancını mənimsəmək məni çox xoşbəxt edir. Verdiyim qərardan dolayı son dərəcə rahatam. Allah məni həyatımın ən gözəl günlərində İslamla mükafatlandırdı".
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO


















.jpg)



















