Magazin2
Monika Belluççi 17 il vətəndaş nikahında yaşadığı EKS-ƏRİ İLƏ - FOTO
Monika Belluççi Venesiya Film Festivalında 6 il əvvəl boşandığı həyat yoldaşı ilə kamera qarşısına keçərək fotoqraflara poza verib. Günorta fotokollu ziyarət edən eks cütlük axşam nümayişə qatılıb.
Publika.az xəbər verir ki, dünən 76-cı Venesiya Film Festivalında müzakirə olunan filmlərdən birinin premyerası baş tutub. Festivalda fransız rejissor Qaspard Noenin mübahisəli “Yenilməzlik” (İrreversible) filminin yeni versiyasını nümayiş etdirib.
Əlbəttə ki, 2002-ci ildə “Yenilməzlik” filmində baş rolları canlandıran aparıcı aktyorlar bu hadisəni qaçıra bilməzdilər: 52 yaşlı Vinsen Kassel və 54 yaşlı Monika Belluççi. Keçmiş sevgililər kamera qarşısına yaradıcı heyətlə birlikdə çıxsa da, ikilikdə poza verməyə razı olmayıb.
Aktrisa çıxışı üçün “Dolce & Gabbana”dan qırmızı krujeva paltar seçib, o, obrazını kiçik qara klatçla tamamlayıb.
Xatırladaq ki, Vensan Kassel bir neçə gün əvvəl başqa bir filmin nümayişinə həyat yoldaşı Tina Kunaki ilə birlikdə qatılmışdı. Lakin bu dəfə Monikanın iştirakından dolayı Tina ərini müşayiət etməyib.
Məlumat üçün bildirək ki, Monika və Vinsen 1996-cı ildə "Mənzil" (L'appartement) serialında tanış olub, onlar 17 il vətəndaş nikahında yaşayıb. Lakin 2013-cü ildə gözlənilmədən hər kəsin sevimlisi olan cütlük ayrılmağa qərar verib.
“Bəzən nikahlar pozulur. Ancaq insanlar ayrılmır. Bu, bizə aiddir. Həmişə bir yerdə olacağıq. Biz nə vaxtsa səhv etdiyimiz üçün boşanmadıq. Əksinə, o zaman düz etmişdik. Ancaq indi boşanmaq daha yaxşıdır. Bu da son. Heç vaxt qondarma ailə sədaqətini mütləqləşdirmədik. Əlbəttə ki, kənar münasibətlərimiz olmayıb. Ancaq psixoloji olaraq nikahımızın qapılarını açıq qoyduq”, deyə aktyor müsahibələrinin birində etiraf etmişdi.
İtalyan aktrisası isə bu yaxınlarda verdiyi müsahibədə etiraf etmişdi ki, keçmiş həyat yoldaşı Vensan Kassellə boşanması onu dərindən sarsıdıb: “Bu, mənim qərarım idi, lakin kimdənsə ayrılmaq o demək deyil ki, onu daha sevmirsən. Bu, o deməkdir ki, daha birlikdə davam edə bilmirsən”.
Monika ilə Vensanın nikahından 2 qızı var.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


