Magazin2
Mübariz Mənsimov ailəsi ilə birgə QALA GECƏSİNDƏ - FOTO
Mahsun Kırmızıgülün rejissorluğu ilə real hadisələr əsasında çəkilən “Möcüzə 2 aşk” filminin dünən möhtəşəm qala gecəsi keçirilib.
Publika.az xəbər verir ki, qala gecəsində türkiyəli ulduzun azərbaycanlı dostu və tanınmış iş adamı Mübariz Mənsimov ailə üzvləri ilə birlikdə iştirak edib. Tədbirdən fotoları instaqramda paylaşan Mübariz Mənsimov filmin uğurlu alındığını xüsusi vurğulayıb:
“Dünən çox möhtəşəm bir gün oldu. Qardaşım Mahsun Kırmızıgül “Möcüzə 2 aşk" filminin təqdimat mərasimini keçirdi. Dostum Mahsun bəy, sözün həqiqi mənasında, möcüzə yaratmışdı. Bu filmin ərsəyə gətirilməsi üçün onun hansı əziyyətlər çəkdiyini, hansı həyəcanlar keçirdiyini yaxşı bilirəm. Nəticədə rəhbərlik etdiyi peşəkar heyət ictimaiyyətə gözəl bir əsər təqdim etdi. Əziz qardaşıma “əllərinə sağlıq” deyib gələcək işlərində bundan da böyük uğurlar arzu edirəm”.

Mübariz Mənsimov ekran işində mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Gülmalıyevanın çəkildiyini və dünənki qala gecəsində onun da iştirak etdiyini qeyd edib:
“Azərbaycanın Əməkdar artisti, mərhum Xanım Qafarovanın qızı Gövhər, Türkiyənin məşhurları ilə qırmızı xalçadan keçdi. Doğrudur, bu filmdə ona verilən rol kiçik idi, amma Gövhər qızımız peşəkarlarla çalışdı, həftələrlə onlarla birgə əziyyət çəkdi və gələcək işləri üçün böyük təcrübə topladı. Amma bundan böyük uğur və mənim ürəyimi dağa döndərən hadisə odur ki, Gövhər qırmızı xalçadan keçərkən bütün türk mətbuatının önündə Azərbaycanımızı təmsil edirdi. Gövhər qızım, hər zaman Vətənimizi belə layiqli şəkildə təmsil etməyini arzu edirəm. Sənə baxıb sevinmək o qədər gözəl hiss idi ki, bu anları yenidən yaşamaq hər birimiz üçün böyük fəxr, şərəf və böyük arzudur. Həmin möhtəşəm mərasimdə hər kəs bilirdi ki, sən Azərbaycandan gəlmisən. Bir arzum da var! Əlbəttə ki, sənin gələcəyin öz əlindədir. Burada söz sahibisən, istədiyin kimi öz iş fəaliyyətini qura bilərsən. Bununla belə arzu edərdim ki, bu sənin ikinci sənətin olsun və burada da bizi yüksək səviyyədə təmsil edəsən”.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
