Magazin2
Mahsun Kırmızıgülün QALA GECƏSİNDƏ İZDİHAM - FOTO/VİDEO
“Mucize2: Aşk” filminin premyerası üçün doğulub böyüdüyü Diyarbəkirə gedən Mahsun Kırmızıgül böyük izdihamla qarşılaşıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ticarət mərkəzində baş tutan tədbirdə aktyorun pərəstişkarı səhnəyə çıxaraq onu parodiya edib.
Mahsun Kırmızıgül tədbirdə jurnalistlərin “Musiqiyə geri qayıdacaqsınızmı?” sualına cavab verməyib, o, “ “Mucize2: Aşk”dan savayı heç bir mövzuda danışmaq istəmirəm” deməklə kifayətlənib.
Aktyor rejissorluğunu etdiyi ikinci filmini müəllimlərə həsr etdiyini vurğulayıb. Diyarbəkirlə bağlı xatirələrini bölüşən məşhur, nostalji hisslərə qapıldığını bildirib:
“Bu film müəyyən mənada müəllimlərə həsr olunub. Ailəmizdən sonra bizi həyata hazırlayan, çətinliklərin öhdəsindən gəlməyə kömək edən, ayaqda qalmağı öyrədən müəllimlərimizdir. Bir çox müəllimim həyatda deyil. Bu gün bu şəhərə gəldiyim zaman gözlərim doldu. Uzun müddət sonra gələndə, xatirələr canlanır. Məni o kədərləndirir ki, doğulub böyüdüyüm məhəllə dağılıb. Sadəcə həyətində namaz qıldığım iki məscid qalıb. Bu məscidlərdə Quran kursuna getmişdim, orada böyümüşəm”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

