Magazin2
"Qızıl Qlobus" mükafatı öz sahiblərini tapdı
Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis edilən "Qızıl qlobus" mükafatının qalibləri məlum olub.
Publika.az xəbər verir ki, ən yaxşı dram filmi mükafatını “1917” qazanıb.
Dram kateqoriyasında ən yaxşı aktyor və aktrisa mükafatları isə Hoakin Feniks və Rene Zellveqerə verilib.
Siyahı aşağıdakı kimidir:
Ən yaxşı film (dram) – “1917”
Ən yaxşı aktyor (dram) – (“Coker”)
Ən yaxşı aktrisa (dram) – (“Cudi”)
Komediya janrında ən yaxşı film – “Bir dəfə...Hollivudda” (“Once Upon A Time In Hollywood”)
Komediya janrında çəkilmiş ən yaxşı aktyor – Teron Edjerton (“Roketmen”)
Komediya janrında çəkilmiş ən yaxşı aktrisa – Akvafina (“Vida”- “The Farewell”)
Ən yaxşı rejissor – Sem Mendes (“1917”)
Ən yaxşı ssenari – Kventin Tarantino (“Bir dəfə... Hollivudda”)
Ən yaxşı animasiya – “İtirilmiş bağlantı” (“Missing Link”)
Xarici dildə ən yaxşı film – “Parazitlər” (“Parasite”)
İkinci planda ən yaxşı aktyor – Bred Pitt ( “Bir dəfə... Hollivudda”)
İkinci planda ən yaxşı aktrisa – Lora Dern (“Nikah hekayəsi”)
Ən yaxşı mahnı - I'm Gonna Love Me Again (“Roketmen”)
Ən yaxşı film musiqisi – Hildur Qudnadottir ( “Coker”)
Ən yaxşı drammatik serial – “Vərəsələr” (“Succession”)
Dramatik serialda ən yaxşı aktrisa – Oliviya Kolman (“Tac”)
Dramatik serialda ən yaxşı aktyor – Brayan Koks (“Vərəsələr”)
Komediya janrında çəkilmiş ən yaxşı teleserial – “Zibil” (“Fleabag”)
Ən yaxşı mini-serial – “Çernobıl” (“Chernobyl”)
Komediya janrında ən yaxşı teleserial aktyoru – Rami Yussef (“Rami”)
Komediya janrında ən yaxşı teleserial aktrisası – Fibi Uoller-Bric (“Zibil”)
Ən yaxşı mini-serial aktyoru – Rassel Krou (“Ən güclü səs”)
Ən yaxşı mini-serial aktrisası – Mişel Uilyams (“Fossi/Verdon”)
İkinci planda ən yaxşı mini-serial aktyoru – Stellan Skarsqard ( “Çernobıl”)
İkinci planda ən yaxşı mini-serial aktrisası – Patrisiya Arkett (“İddia”- “The Act”)
Fəxri “Qızıl Qlobus” – Tom Henks
Qeyd edək ki, 77-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimi Kaliforniya ştatının Beverli Hills şəhərində baş tutub.






-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi














.jpg)








.png)












