Magazin2
Məşhur müğənnidən ŞOK sözlər: “7 il mənəvi təcavüzə məruz qaldım”
Bir müddətdir ki, səhhətində ciddi problemlər olan müğənni Selena Qomez keçmiş sevgilisi Castin Biberlə münasibətləri barədə şok açıqlamalar verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni müsahibəsində ilk dəfə Castin Biber haqqında açıq danışıb. 27 yaşlı Selena NPR radioya verdiyi müsahibəsində səmimi etiraflar edib:
“Çox çətin münasibət idi, bitdiyi üçün xoşbəxtəm. Münasibətimiz boyunca təcavüzə məruz qaldığımı hiss etdim”.
Ulduz aparıcının “Duyğusal təcavüz sualına” belə cavab verib:
“Bəli. Yetkin insan olaraq bunu anlamaq üçün bir yol tapmalı idim. Ömrüm boyu bu barədə danışmaq istəmirdim. Həyatımın ən güclü vaxtında olduğumu hiss edirəm və bununla qürur duyuram”.
Qomez “Lose You to Love Me” mahnısına da aydınlıq gətirib:
“Bu mahnını Castinlə tez-tez küsüb barışdığım dönəmdə yazmışam. Mahnımla fəxr edirəm. Qarşılıqlı hörmət əsasında ayrılmadığımı hiss etdim. Bunun üçün nə isə etməliydim. Nifrət dolu mahnı deyildi. Bəzi yaxşı şeylər də yaşamışam. Mən bunu heç vaxt inkar edə bilməzdim”.
Məlumat üçün bildirək ki, Castin Biber Selena Qomezdən ayrıldıqdan bir neçə ay sonra məşhur model Heyli Bolduinlə rəsmi nikaha daxil olmuşdu. Castinin gözlənilməz qərarından sonra sənətə fasilə verən Selena dərin depressiyaya düşmüş, hətta realibitasiya mərkəzində müalicə almışdı.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
