Magazin2
22 yaşlı modelin əvvəlki görkəmi hər kəsi ŞOKA SALDI - FOTO
Məktəb illəri boyunca xəstəliyi səbəbindən korset geyinən və ətrafdakılar tərəfindən həqarət edilən 22 yaşlı amerikalı model hazırda hər kəsin heyran olduğu instaqram fenomenidir.

Publika.az xəbər verir ki, sosial şəbəkədə 1,3 milyon izləyicisi olan və hər paylaşımına böyük maraq oyadan Klemente Yaslen məktəb illərində ona skolioz diaqnozu qoyulduğunu və buna görə də yoldaşları tərəfindən alçaldıcı ifadələrə məruz qaldığını bildirib.

Məşhur model həmin dönəmlərdə xəstəliyi səbəbi ilə özünü narahat hiss etdiyini dilə gətirib: "Hər gün korset taxmaq məcburiyyətində idim. Bədənimdəki əyrilikdən utanırdım. Bunu gizlətmək üçün daim qapalı geyimlərdən istifadə edirdim. İsti havalarda huşumu itirəcək halda olsam da, əynimdən çıxarmırdım".

Tətbiq olunan müalicə sayəsində cərrahiyyə əməliyyatına ehtiyac olmadan sağlamlığına qovuşan model özünə inamını bərpa etdiyini və sosial mediadan aktiv istifadə etməyə başladığını bildirib.

22 yaşlı gənc model karyerasına instaqramda bikini markasının təklifi ilə başladığını vurğulayıb.
Qeyd edək ki, Klemente hər paylaşımdan 500-800 dollar qazanır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





