Magazin2
“Survivor”da eşq iddiaları gecəyə damğa vurdu - FOTO
TV8-də yayımlanan “Survivor 2020” yarışmasının adaların birləşmə gecəsi eşq iddiaları ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, “Ünlülər” komandasında yarışan futbolçu Sərcan ilə “Könüllülər” komandasındakı Nisa bir-birinə olan duyğularını gizlədə bilməyib.

Yarışmaçılar əvvəlcə yemək masasında bir araya gəlib, daha sonra mahnı yarışına qatılıb. Yeməkdə Sərcan komanda yoldaşı Aşkımın əllərindən yemək yeyib. Bunu görən Nisa komanda yoldaşı Cemal Cana şirniyyat yedirib. Daha sonra Sərcan və Nisa mahnı yarışında bir-birinə ən aşağı xalı verib.

Ötən həftə yemək hərracında Sərcanın “Nisaya qıya bilmirəm” deyərək hərracdan geri çəkilməsi və komanda yoldaşlarının yarışa girməsinə mane olması ilə birlikdə ikili arasında ötən gün yaşananlar da sosial mediada eşq iddialarını qüvvətləndirib.
İnstaqramda canlı yayıma çıxan layihənin rəhbəri Acun Ilıcalı isə məsələ ilə bağlı bunları deyib: “Sərcanın Nisaya marağı var. Bunu görə bilirəm. Amma Nisada Sərcana qarşı duyğular varmı, bilmirik. Biz də sizin kimi ekrandan izləyirik”.

Birləşmə gecəsində səslənən mahnıları şərh etmək üçün canlı yayıma qoşulan müğənni Hadisə də “ “Survivor”da eşqmi doğulur” sözləri ilə eşq iddialarını dilə gətirib. Acun isə sualın cavabında Hadisəyə aktyor Kaan Yıldırımla aralarında çıxan eşq dedi-qodularını işarə edərək söz atıb: “Burada “eşq doğur” deyə bilmərik. Bizdə belə bir bilgi yoxdur. Sən bu eşq qoxularını çox yaxşı duyursan. Amma mən də alıram. Sən Dominikandan qoxu alırsansa, biz də Türkiyədən alırıq”.

Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
