Magazin2
Eks-birinci ledi münasibətlər haqqında veriliş aparacaq
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama “Spotify”də proqram aparıcısı olacaq.
Publika.az xəbər verir ki, bu barədə keçmiş birinci ledi tvitterdə məlumat yayıb. O bildirib ki, onlayn yayımlanacaq proqram insanlar arasındakı əlaqələrə, qadın kişi münasibətlərinə və sağlamlığa həsr olunacaq.
“İlk mövsümdə mənə yaxın olan insanlarla danışacağam: ana, qardaş, dostlar, həmkarlar və başqaları. Biz yaratdığımız münasibətləri və onların bizi kimə çevirməsi barədə geniş müzakirələr aparacağıq” - deyə, Mişel Obama qeyd edib.
Verilişin ilk buraxılış iyulun 29-a planlaşdırılıb. Proqram “Mişel Obamanın Podkastı” adlanacaq.
CNN xəbər verir ki, ABŞ-ın keçmiş birinci xanımın ilk qonaqları “Office” serialında, “Ananas Express”, “Cakuzidə zaman maşını” filmlərində rol alan Kreyq Robinson və onun həyat yoldaşı Marian olacaq. Podkasta aparıcı Conan Obrayen və Barak Obamanın “Ağ Evi”də məsləhətçisi Valerie Jarettin də gələcəyi bildirilib.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)