Magazin2
Məşhur müğənninin əkizləri ilə qaldığı lüks malikanədən GÖRÜNTÜLƏR
“Qremmi” laureatı Meray Keri pandemiya dövründə övladları ilə birlikdə inzivaya çəkilib.
Publika.az xəbər verir ki, məşhur müğənninin ABŞ-ın Los Anceles şəhəri yaxınlığında yerləşən Vestçester Kountidəki malikanədə qaldığı iddia olunur.

50 yaşlı müğənninin virusdan qorunmaq üçün qaldığı evə nə qədər icarəhaqqı verdiyi məlum deyil. Lakin mülkün sahib olduğu özəlliklər və yerləşdiyi bölgə bu məbləğin minlərlə dollar olduğuna işarə edir.

Keri pandemiya başladığı dövrdə uşaqları və xidmətçiləri ilə birlikdə Manhettendəki lüks evində qalırdı. Lakin xəstəliyin sürətlə yayılması onu bu malikanəyə köçməyə vadar edib.
Malikanə 2012-ci ildə 4,8 milyon dollara Uoll-stritin ən varlı şəxslərindən olan Cey Duikə satılıb. Bundan sonra bərpa edilib və son model texnologiyalarla təchiz olunub. Açarsız, biometrik tanıma funksiyalı giriş və bütün mülkü 24 saat boyunca nəzarət altında saxlayan 20 ədəd təhlükəsizlik kamerası mövcuddur.
Qeyd edək ki, M.Kerinin Nik Kannon ilə evliliyindən Morokkan və Monro adlı əkizləri var. Cütlük 2008-ci ildə məhz bu malikanədə nikaha girmişdi.








Zümrüd
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)