Magazin2
Doğuş keçmişi barədə DƏHŞƏTLİ FAKTLARI açıqladı – VİDEO
Son aylarda yutub platformasında olduqca məşhur olan “Katarsis” proqramının növbəti qonağı müğənni Doğuş olub.
Publika.az xəbər verir ki, apacırı Xoşqədəm Hidayətqızının həyat yoldaşı sözügedən verilişdə çətin keçən uşaqlıq illərindən söz açıb.
O, başına gələn dəhşətli hadisələri belə ifadə edib: “Sevgisiz böyüdüyüm üçün sevgi və qayğı axtarırdım. Mənim vaxtımda uşaq evlərində vəziyyət olduqca pis idi. Ana dediyimiz baxıcılardan biri qolumu kəsmişdi, döyürdülər, özü də adi sillə deyildi, çox bərk vururdular. Ailəmdə görmədiyim sevgini küçələrdə tapdığımı düşünürdüm. Küçələrdəki dostlarımı qardaşım sandım, amma çox keçmədi ki, bunun bir xəta olduğunu anladım. Həmin illərdə küçələrdə başıma çox pis hadisələr gəldi.
Oğurluq edərək pul qazanmağa çalışırdıq. Corab oğurladığımız üçün 14 yaşında həbsxanaya düşdüm. Orada mənə təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım.
18 yaşında hər şeyə tövbə edib yeni bir həyata başlamaq istədiyim dönəmdə öldürmə təşəbbüsüm oldu. Park gözətçisi kiçik qardaşımıza təcavüz etdi. Ölməsi üçün vurdum, ölmədi, kaş ki ölsəydi”.
Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızının Arda və Arın adlı əkiz oğulları var.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
