Magazin2
Məşhur aktyordan Azərbaycana DƏSTƏK
Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aktyor Tamer Karadağlı ölkəmizə dəstək olub.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tamer Karadağlı "ATV səhər" verilişində bu sözləri deyib: "Biz Azərbaycanı başqa bir ölkə olaraq görmürük. Azərbaycan bizim qardaşımızdır. Hər zaman deyirik ki, bir millət, iki dövlətik. Bu çox önəmli fikirdir. Biz birlikdə daha güclüyük. Və Azərbaycana nə vaxt gəlsəm, mehriban və səmimi sevgi ilə qarşılaşıram.
Mən Azərbaycan əsilliyəm. Babam Azərbaycandan Türkiyəyə gəlib. Ona görə də Azərbaycana gələn zaman özümü başqa ölkədəki kimi deyil, öz Vətənimdə hiss edirəm. Nənəm Gəncədəndir.
Uşaqlığımızda Azərbaycanın nə qədər gözəl ölkə olduğunu danışırdılar. Mən Azərbaycana bir az gec gəldim, bundan üç-dörd il əvvəl. Özümü öz evimdəki kimi hiss edirdim, dilimiz, yeməklərimiz, insanı münasibətlərimiz çox yaxındır".
Aktyor ermənilərin Gəncədə dinc əhalini atəşə tutmasını da pisləyib: "Bunu qəbul etmək mümkün deyil. Müharibənin bəlli qanunları var, dinc əhaliyə, qadınlara, uşaqalara toxunmaq olmaz".
Tamer Karadağlı onu da deyib ki, Azərbaycan Ordusuna könüllü qatılmaq istəyir: "Amma yaşıma görə çağırmazlar. Təbii ki, orduya könüllü qatılaram. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

