Magazin2
O, heç nədən qorxmur - Monika Belluççi (FOTO)
56 yaşlı Monika Belluççi 16 yaşında modelliyə başlayan qızı Deva Kasseli dəstəklədiyini bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda qızı ilə birlikdə “Vogue” jurnalının üz qabığına çəkilən diva müsahibə verib. Monikanın sözlərinə görə, Deva anası ilə birlikdə maraqlı fotosessiya etmək istəyib:
“Qızımdan niyə bizim birlikdə çəkilməyimizi istədiyini soruşdum. Mənə çox gözəl bir cavab verdi. Dedi ki, axırıncı dəfə birlikdə çəkiləndə qarnında idim, öz yoluma başladığım ərəfədə bunun yenidən baş verməsini istəyirəm”.
Aktrisa onu da bildirib ki, Deva ilə fikir ayrılığı yaşamırlar, çünki o, qızını çox gözəl anlayır:
“Qayğıkeş anayam, çalışıram ki, Devanı olduğu kimi qəbul edim. O, müstəqil və azad qızdır. 13 yaşından tək səyahətlər edir və 5 dildə danışır. Baxışlarına fikir vermisiniz? O, heç nədən qorxmur!”
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


