Magazin2
“Avroviziya 2023”ə razılıq verənlər
Böyük Britaniyada keçiriləcək “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının ilkin siyahısına nəzər salaq. Avqustun 23-nə olan məlumata görə, 24 ölkə yarışda iştiraka razılıq verib: Albaniya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
Publika.az xəbər verir ki, ictimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
Azərbaycan qatıldığı 14 “Avroviziya” yarışının 13-də finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
(novator.az)
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü





































