Magazin2
Kral III Çarlzın barmaqlarına nə olub? - FOTO
96 yaşlı Kraliça Elizabetin ölümündən sonra taxta çıxan Kral III Çarlz sənədləri imzalayərkən şişmiş barmaqları kameraya düşüb.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın "Daily Mail" qəzeti kralın barmaqlarının şişməsinin səbəblərini açıqlayıb. Bu barədə açıqlama verən həkim kralın sağlamlıq problemlərindən danışıb. Bildirilib ki, kralın əlləri illərdir ki, bu vəziyyətdədir. Hətta özü 2012-ci ildə Avstraliyaya uzun səyahətdən sonra zarafatla barmaqlarına sosiska demişdi.
Dr. Gareth Nyenin sözlərinə görə, bu şişkinlik ödemin, həm də böyük ehtimalla sadəcə yaşla bağlı çoxsaylı sağlamlıq problemlərinin səbəbi ola bilər. O, ödemin uzun müddət oturaq həyat tərzi keçirən insanlarda daha çox müşahidə edildiyi qeyd edib. Kral Çarlzın isti ölkələrə səyahətdən sonra dəfələrlə əl və ayaqlarının şişdiyi müşahidə olunub.
Dr.Nye şişkin barmaqların başqa bir potensial səbəbinin artrit ola biləcəyini bildirib. Qeyd edilib ki, 60 yaşdan sonra artrit barmaqlara təsir edir. Barmaqlar tez-tez sərtləşir, ağrıyır və şişir. Dərmanlar ağrıya kömək etsə də, şişkinlik qala bilər. Digər səbəblər arasında duzlu qidalar və ya yüksək təzyiqdə tətbiq edilən bəzi xüsusi dərmanlar göstərilib.



-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)