Magazin2
Şahzadə Harri kral ailəsi barədə sensasion AÇIQLAMALAR verəcək
II Elizabetin ölümündən sonra Şahzadə Harri və Meqan Markl kral ailəsinin qalan üzvləri ilə yenidən bir araya gəldilər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son illərdə Sasseks hersoqu və hersoginyası Britaniya monarxiyasına qarşı kifayət qədər ittihamlara yol vermələrinə baxmayaraq, ölkədə kifayət qədər isti qarşılanıblar. Hətta Harrinin Uilyamla münasibətləri yavaş-yavaş yaxşılaşmağa başlayır. Amma bu atəşkəs hər an bitə bilər. İddia olunur ki, şahzadə qalmaqallı açıqlamalar verməyi planlaşdırır, hətta prosesi sürətləndirmək istəyir. Yayılan xəbərlərə görə, şahzadənin xatirələrini qələmə aldığı kitabı ən yaxşı halda qışda hazır olacaq. Ancaq Harri mümkün qədər çalışır ki, kitab bu ilin noyabrında satışa çıxarılsın.
Kral bioqrafının jurnalistlərə verdiyi açıqlama deyilir:
“Unutmamalıyıq ki, hazırda Meqan və Harrinin maddi rifahı tamamilə bu kitabdan və onların “Netflix” ilə müqaviləsindən asılıdır. Odur ki, Harrinin kitabının nəşrini ləğv etmək niyyətində olmamasında təəccüblü bir şey görmürəm. Bundan əlavə, əminəm ki, onlar hələ də baş vermiş vəziyyətdə özlərini haqlı hesab edirlər”.
Sasseks hersoquna yaxın başqa bir mənbə isə təkid edir ki, Harri işləri yavaşlatmaq niyyətindədir. Buna səbəb kimi şahzadənin kitaba nənəsinin ölümü ilə bağlı fəsillər əlavə etmək istəməsi göstərilib.
Eyni zamanda, bütün mənbələr Harrinin atası və qardaşı ilə münasibətlərinin yenidən pisləşəcəyini istisna etmir. Kitabın buraxılması, şübhəsiz ki, qohumların ona münasibətinə təsir edəcək.

-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)