Magazin2
Kamilla əfsanəvi tacı taxa bilməyəcək
Qərb mediasının yazdığına görə, III Çarlzın tacqoyma mərasimində Kamilla Parker-Boulz 105 karatlıq “Nur dağı” almazı ilə bəzədilmiş əfsanəvi tacı taxa bilməyəcək.
Publika.az xəbər verir ki, buna səbəb bir neçə ölkənin almazla bağlı iddialarıdır. Almaz hələ 13-cü əsrdə Hindistanda tapılıb və bu müddət ərzində onun sahibi bir neçə dəfə dəyişib. Daş bir neçə dəfə oğurlanıb, satılıb və əldən-ələ keçib. Bunu Hindistan, Pakistan, İran və Əfqanıstan hökumətləri iddia edir.
1850-ci ildə İngiltərəyə gəlib çıxıb və şəxsən Kraliça Viktoriyaya məxsus olub. Anna Hindistanda daşın sahibliyi mübahisəlidir. Qiymətli dşın 10 yaşlı imperator Dalip Sinqxanın kraliçaya hədiyyəsi olduğu güman edilsə də, çoxları onun imperatorun anasının əsir götürülməsindən sonra verildiyinə inanır.
1937-ci ildə almaz Kral VI Corcun həyat yoldaşı Kraliça Ana Elizabetin tacını bəzədi. Sözügedən tac həmçinin 2800 başqa almazla bəzədilmişdi. Elizabet bu tacı bir neçə dəfə, o cümlədən 1953-cü ildə qızı II Elizabetin tacqoyma mərasimində də taxıb.
Son illərdə “Nur dağı” almazı Böyük Britaniyanın bir növ müstəmləkəçiliyin simvoluna çevrilib. Keçmiş koloniyaların sakinləri almazı Böyük Britaniyanın onlardan aldığını iddia edirlər. Xatırladaq ki, müstəmləkəçiliklə bağlı siyasi qalmaqallar son illərdə daha da artıb: Şahzadə Uilyam və Keyt Middlton Karib dənizinə səfərləri zamanı tez-tez belə ittihamlarla üzləşiblər. Koloniyaları olan ölkələrin sakinləri və hökumətləri Kraliça II Yelizavetanın ölümündən sonra Britaniya monarxiyasına qarşı dəfələrlə belə ittihamlar səsləndirməyə başlayıb.
Qeyd edək ki, III Çarlzın tacqoyma mərasiminin təfərrüatları məlum olub. Mərasimin ənənəvi ayinləri əhatə edəcəyi, lakin daha müasir xarakter daşıyacağı qeyd edilir. Mənbələr həmçinin bildiriblər ki, mərasim 1953-cü ildə II Yelizavetanın tacqoyma mərasimindən qat-qat təvazökar olacaq: III Çarlz mərasimin müddətini azaltmaq, qonaqların siyahısını azaltmaq və bəzi köhnəlmiş rituallardan imtina etmək niyyətindədir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)