Magazin2
Cennifer Lopes bu dəfə romantik pozalarda - FOTO

Cennifer Lopes Amerikanın “Vogue” jurnalının dekabr nömrəsi üçün fotosessiya etdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fotoları Enni Leyboviç yaddaca köçürüb. Lakin üzqabığı fotosu, 20-ci əsrin ən nüfuzlu fotoqraflarından biri olan Qordon Parksın 1952-ci ildə müğənni Erta Kitti çəkdiyi kadrın təkrarı olub. 53 yaşlı Cennifer müsahibəsində aktyor Ben Affleklə ailə qurduqdan sonra şəxsi həyatında baş verən dəyişiklikləri şərh edib.
“İnsanlar məni hələ də Cennifer Lopes çağırır. Amma qanuni soyadım Afflekdir, çünki biz artıq birik. Biz ər-arvadıq. Bununla fəxr edirəm. Məncə, problem yoxdur. Bu, romantikdir. Soyadı dəyişmək hələ də ənənəvi və romantik xarakter daşıyır, bəlkə də mən bunu bəyənən bir qadınam”, - müğənni soyadını dəyişməsindən söz açarkən bildirib.
Eyni zamanda Cennifer qeyd edib ki, müasir tendensiyaların əksinə olaraq, ərinin onun soyadını götürməsini istəməzdi, çünki bu, ənənəvi və romantik deyil. Ulduz həmçinin 2000-ci illərin əvvəllərində toy ərəfəsində Bendən ayrılmasının səbəblərini də açıqlayıb: “Biz o vaxt o qədər gənc və o qədər aşiq idik ki, hər şey çox qayğısız idi, uşaqlar və bağlılıq yox idi. Sadəcə həyatımızı yaşayırdıq, xoşbəxt idik və həmin anı yaşayırdıq. Kimdənsə gizlənməyə ehtiyac durmurduq. Səmimi və açıq idik, sonra məlum oldu ki, bu səmimiyyət bizi yaralaya bilər. Çox şey var idi, insanlar bizim bir yerdə olmağımızı istəmirdilər, onun üçün uyğun olmadığımı düşünürdülər”.
Ben Affleklə illər sonra barışan Cennifer Lopes bildirib ki, aktyor həyatında həmişə xüsusi yer tutub:
“İkinci dəfə görüşlərimizi ictimailəşdirməyə çalışmadıq. Amma heç vaxt gizlətmirdim ki, Benə olan duyğularım əsl sevgidir. Bütün sevdiklərim bilir ki, onun həyatımda yeri başqadır. Barışanda, hiss etdim ki, bu duyğular məndə ölməyib".
Cennifer müsahibəsində karyerasından da danışıb. Dünya miqyasında məşhur olmasına baxmayaraq, o, hələ də öz yeri uğrunda mübarizə aparmağa məcbur olduğunu hiss edir və istedadı lazımi səviyyədə qiymətləndirilmir. Məsələn, müğənninin heç zaman “Qremmi” mükafatına layiq görülməyib:
“Moda dünyasında, musiqi aləmində, kino aləmində özümü həmişə kənarda hiss etmişəm. Mənə elə gəlir ki, hamı bir-birini tanıyır, bütün sənətçilər bir-biri ilə söhbət edir. Qala gecələrində bütün qızlar bir yerdə oturur, amma o qrupda mən yoxam. Bəlkə də, sadəcə olaraq güvənsizlikdir. Səbəbi asosial olduğum və ya dostluq etmək istəmədiyimlə əlaqəli deyil. Həmişə tək addımlayan biri olmuşam. Mən beləyəm, sadəcə işimə diqqət yetirirəm”.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
-
Avropa01:30
Futbol meydançası boyda "ölkə"də nələr baş verir? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Həmin təklif sizi düşündürə bilər
-
Magazin116 Oktyabr 22:24
“Rəşad buna görə xərçəngə tutuldu”
-
MDB16 Oktyabr 22:00
İş adamını oğurlamaqda ittiham edilən qafqazlılar HƏBS EDİLDİLƏR
-
Nida Xəbər 16 Oktyabr 21:48
MN-dən Haqverdiyevin həbsi ilə bağlı AÇIQLAMA
-
Magazin216 Oktyabr 21:16
Əfsanəvi aktrisa təcili xəstəxanaya yerləşdirildi: həkimlər narahatdır - FOTO
-
ABŞ16 Oktyabr 19:50
Məşhur bloger BANK AÇIR
-
Sosial16 Oktyabr 19:20
Mayor İlham Haqverdiyev HƏBS EDİLDİ - YENİLƏNDİ