Magazin2
Məşhur müğənni: "Öz nişanıma ayıb olmasın deyə getdim"
Onunla mən yox, bacım nişanlanmışdı. Nişan üçün hər şeyi hazırlayıb məni çağırdılar. Öz nişanıma məcburən getdim.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Davud Güloğlu qonaq olduğu "Haber bahane" verilişində deyib.
Aparıcı Ece Erkenlə münasibətlərindən söz açan müğənni bildirib ki, onunla bacısının təkidləri ilə nişanlanıb:
"Bacım onu çox sevirdi. Şirkətdə olduğum bir gün zəng vurub dedilər ki, hamı burdadır, üzüyünü də al gəl. Öz nişanıma ayıb olmasın deyə getdim. Bütün hazırlıqla görülmüşdü, təkcə bəy çatmırdı.
Ece Erkenə güllə hədiyyə edib "Ya mənimsən, ya qara torpağın" deməyim haqqında yayılan söz-söhbətlər yalandır. Mən belə bir şey verməmişəm, özü uydurub. Bəziləri belə şeyləri yaxşı bacarır. Özümü heç yerdə reklam etməmişəm, məni satdılar. Ece Erken ilə güllə xəbərindən 15 gün sonra ayrıldıq. Çox münasibətim olmayıb və olanlarla həmişə dini nikah bağlamışam. Mən bu məsələdə çox həssas insanam. Sevgimə haqsızlıq edərək ah aldılar. Həyatda heç vaxt axmaq qadınla birlikdə ola bilmərəm, olmaq istəmirəm, ağıllı qadınları bəyənirəm", - məşhur bildirib.
Aparıcının daha sonra "Emel Müftüoğlu səni seks asılılığına görə həkimə aparıb? Belə bir müalicə almısınız" sualına isə Güloğlunun cavabı belə olub: "Yox, müalicə olunmamışam. Emel Müftüoğlundan soruşa bilərsiniz. Bu yalandır".
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO


































.jpg)

.jpg)