Magazin2
Şahzadəni atasının tacqoyma mərasiminə buraxmayacaqlar
Şahzadə Harri atası III Çarlzın mayın 6-da keçirələcək tacqoyma mərasimində olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.
Ənənəyə görə, mərasim zamanı kral hersoqları diz çökərək monarxa ehtiramlarını bildirməlidirlər. Amma bunu yalnız Britaniya taxtının varisi, şahzadə Uilyam edəcək. Ssenaridə edilən dəyişikliklər görünür, Şahzadə Harrinin yanvarın 10-da rəsmi olaraq işıq üzü görəcək “Spare” (“Ehtiyat”) memuarına görə edilib. Bu kitabdan bir çox açıqlamalar artıq sosial şəbəkədə yayılıb. Kitabda Harri böyük qardaşı ilə aralarındakı rəqabətdən, atasının çətin xarakterindən və həyat yoldaşı Meqan Marklın Keyt Middletonla mübahisələrindən nəhs edib.
Fəsillərin birində o, kral ailəsi üzvlərinin II Yelizavetanın öldüyü gün Meqanı Balmoral qəsrində görmək istəmədiyini yazıb. III Çarlz oğluna arqument kimi, mənasız səbəblər göstərərək həyat yoldaşını gətirməməsini xahiş edib, lakin sonradan bunun üçün üzr istəyib.
Kral ailəsinə yaxın mənbə "The Sunday Times"a bildirib ki, Şahzadə Uilyam kitabın nəşrindən qəzəblənib, lakin qardaşından qisas almaq fikrində deyil: “O, heç vaxt bunu etməzdi, çünki o, ləyaqətli və sədaqətli insandır. O, ailəsinin və ölkələrinin rifahı üçün susur".
Xatırladaq ki, Şahzadə Harri bu yaxınlarda verdiyi müsahibədə atasını və qardaşını “geri qaytarmaq” istədiyini, lakin qarşı tərəfin barışığa getmək istmədiklərini bildirib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi






.jpg)

.jpg)
.jpg)





























