Magazin2
"Avroviziya"da növbəti mahnı qalmaqalı - FOTO
İtaliyanın istehlakçı hüquqları təşkilatı "Codacons" Estoniyanın təmsilçisi Tommi Keşin "Espresso Macchiato" adlı mahnısının"Avroviziya 2025"də qadağan edilməsini tələb edib.
Publika.az xəbər verir ki, ingilis və italyan dillərinin qarışığından ibarət olan mətn, həzzlərlə dolu bir həyatı təsvir edir. Hekayə “həftədə yeddi gün işləyən” və qəhvəni çox sevən zəngin bir adamdan bəhs edir. Mahnıda deyilir ki, o, "mafioz kimi tərləyir" və "həyat spagetti kimidir: onu bişirənə qədər sərtdir".
"Codacons" nümayəndələri hesab edirlər ki, estoniyalı ifaçının bəstəsi çoxlarını narahat edir. Bununla əlaqədar olaraq təşkilat müsabiqə təşkilatçılarından sözügedən mahnını müsabiqədə qadağan etməyi xahiş edib.
Xatırladaq ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. (Axsam.az)
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz












.jpg)


.jpg)



.jpg)
















