Magazin2
Dilan Polat tanınmaz halda: Xəstəxanadan görüntüsü yayıldı - FOTO
Təxminən 10 gündür xəstəxanaya yerləşdirilən türkiyəli sosial media fenomeni Dilan Polatın müalicəsi davam edir.
Publika.az xəbər verir ki, Dilan Polatın həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında onun son görüntüsünü paylaşıb.
Məlumata görə, Polat ailəsinin mühafizəçisi Can Polatın silahlı hücum nəticəsində həyatını itirməsindən sonra Dilan Polat ağır psixoloji sarsıntı keçirib və xəstəxanaya yerləşdirilib.
Engin Polat paylaşımında "Həyat səni nə qədər sınağa çəksə də, ümid sənə yol göstərməyə davam edər" sözlərini qeyd edib.
Dilan Polatın yaxın dostu Ebru Özen isə onun vəziyyətinin hələ tam yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, Dilanın sağlamlıq problemləri yeni deyil və uşaqlıq illərindən davam edir. Son hadisələrin yaratdığı ağır stress səbəbindən də müalicəyə ehtiyac yaranıb.
Xəstəxanadan yayılan son görüntüdə Dilan Polatın xeyli çəki itirdiyi diqqət çəkib.

Müəllif: Roza
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































