Magazin2
Milyarderin qızı "ilin toyu"na hazırlaşır: Mərasimdə bu məşhurlar olacaq - FOTOLAR
"Apple" şirkətinin qurucusu Stiv Cobsun kiçik qızı Yeva Cobs britaniyalı jokey Harri Çarlzla toyuna hazırlığın son mərhələsindədir. Məclis avqust ayına planlaşdırılıb və Böyük Britaniyanın mənzərəli Kotsvolds bölgəsində keçiriləcək.
Publika.az "Daily Mail" istinadən xəbər verir ki, tədbir artıq “ilin cəmiyyət toyu” adlandırılır.
Mərasimdə şahzadə Beatris və onun əri Edoardo Mapelli Mozzi, eləcə də gəlinin anası Lorin Pauell Cobs ilə uzun illər dostluq edən ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris də daxil olmaqla bir çox məşhur qonaqların iştirakı gözlənilir.

Model və atçılıqla məşğul olan Yevanın özü də dünya elitasının nümayəndələri ilə yaxından əlaqə saxlayır - onun dostları arasında Bill Qeytsin qızları Cennifer və Fibi Qeyts də var.

Mərasimdə Yevanın böyük qardaşı və bacısı, 33 yaşlı Rid və 29 yaşlı Erin Cobs da iştirak edəcək. Lakin onların ögey bacısı, 47 yaşlı Liza Brennan Cobsun iştirakı hələ də sual altındadır.
Yeva Cobs və Harri Çarlzın romantik münasibətləri medianın diqqət mərkəzindədir. Onlar yalnız Çarlzın qızıl medal qazandığı 2024-cü il Paris Olimpiadasında münasibətlərini açıq elan ediblər. Daha sonra Yeva onların öpüşərkən çəkilmiş videosunu yayımlayıb və bunun altında "Səninlə fəxr edirəm, sevgilim!" yazıb.

Cütlüyün dəqiq nə vaxt nişanlandığı bəlli deyil. Cobs əvvəllər Kardaşyan-Cenner ailəsinin yaxın dostu olan musiqiçi Harri Hadson və "The Chainsmokers" duetindən Dryu Taqqart ilə görüşüb.
Adəm

-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB09:19Peskov: "Yaxşı ki, cənab Zelenski əzəli rus dilini unutmayıb"
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək







.jpg)
.jpg)


























.jpg)

