Magazin2
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
Corc Sorosun oğlu milyarder Aleks Soros və Harri Klintonun keçmiş köməkçisi Huma Abedin rəsmi nikaha daxil olub.
Publika.az xəbər verir ki, bu barədə "Vogue" jurnalı məlumat yayıb.
Toy Soros ailəsinin Nyu-York ştatının Hamptons səmtində yerləşən "Water Mill"də baş tutub. Məlumata görə, toyda yeni reaktiv təyyarələr və yolsuzluq avtomobillərin kortejləri iştirak edib.
48 yaşlı gəlin iki libasda görünüb: birincisi "Givenchy"dən fil sümüyü, ikincisi "Erdem"dən krujeva qolları olan vintage stilli idi.
Qonaqlar arasında Hillari və Bill Klinton, Kamala Harris və əri Duq Emhoff, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, senator Çak Şumer, "Vogue" jurnalının redaktoru Anna Vintur, sosialist Nikki Hilton-Rotşild və Albaniyanın baş naziri Edi Rama olub.
Toy klassik Boyz II Men qrupunun canlı ifası ilə bəzədilib.
Qeyd edək ki, 39 yaşlı Aleks Soros atası Corc Soros tərəfindən yaradılan, 25 milyard dollar sərvəti ilə dünyanın ən böyük xeyriyyə fondu olan "Open Society Foundations"ın sədridir. 48 yaşlı Huma Abedin uzun illər Hillari Klintonun sağ əli olub.
Adəm
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu















.png)
.jpg)



















