Magazin2
“Bu cinayətdirsə, Burak Özçivit də pula görə ərəblərlə nahar edib”
Türkiyəli fenomen Merve Taşkın 14 Fevral - Sevgililər Günündə etdiyi paylaşıma görə ona qarşı açılan cinayət işi çərçivəsində yenidən hakim qarşısına çıxıb.
Publika.az xəbər verir ki, söhbət fenomenin 400 min lirə qarşılığında həmin günü yalnız keçirənlərlə birgə nahara çıxa biləcəyi ilə bağlı paylaşımından gedir.
İstanbul Respublika Prokurorluğunun hazırladığı iddianamədə Merve Taşkın haqqında İstanbul Polis İdarəsi Asayiş Şöbə Müdirliyi Əxlaq Bürosuna məlumat daxil olduğu, onun "X" (keçmiş tviter) hesabında aparılan araşdırmada fenomenin ədəbsiz görüntülər paylaşdığı, pornoqrafik videolarını pul müqabilində satdığı müəyyən edilib.
İstanbul Polis İdarəsinin əməkdaşları prokurorun göstərişi ilə Taşkını saxlayıb. Saxlanma prosesindən sonra ona qarşı ədəbsiz hərəkət maddəsi ilə cinayət işi açılıb. İddianamədə Merve Taşkın üçün ard-arda ədəbsiz cinayətlər səbəbindən 7 ay 15 gündən 5 il 3 aya qədər həbs cəzası istənilib.
Merve Taşkın ifadəsində sözügedən səhifənin ona aid olduğunu, fevralın 14-də həmin paylaşımı etdiyini, hesabındakı fotolarının cinayət məsuliyyəti təşkil etmədiyini, "X"da paylaşılan şəkillərin də ona məxsus olduğunu və danışdığı şəxslərə göndərdiyini qeyd edib. Pornoqrafik videolardakı şəxsin özünün olduğunu deyən Merve görüntüləri danışdığı şəxslərə atdığını, onların kim olduğunu xatırlamadığını, lakin saytlarda yaymadığını da əlavə edib.
"Pul qarşılığında yemək yemək cinayət deyil. Əgər pul verib yemək qarşılığında masaya əyləşmək cinayətdirsə, Burak Özçivit (türk aktyor) və digər bəzi məşhurlar da ərəb ölkələrində pul qarşılığında kiminləsə yemək yeyiblər" deyə, Mərvenin vəkili məhkəmədə deyib.
Müvəqqəti qərarını açıqlayan məhkəmə Merve Taşkının evdən çıxmamaq və xaricə çıxış qadağası ilə bağlı məhkəmə nəzarəti tədbirlərinin ləğvinə qərar verib. Məsələ ilə dəlillərin tamamlanması səbəbindən iclas təxirə salınıb./Axşam.az
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu















.png)
.jpg)



















