Bülent Ersoyun soyadını kimin dəyişdiyi məlum oldu: İllər sonra sirr açıldı
Bizi izləyin

Magazin2

Bülent Ersoyun soyadını kimin dəyişdiyi məlum oldu: İllər sonra sirr açıldı

Bülent Ersoyun soyadını kimin dəyişdiyi məlum oldu: İllər sonra sirr açıldı

Türkiyəli teatr və kino aktyoru Müjdat Gezen məşhur müğənni Bülent Ersoyla bağlı illər əvvəl baş vermiş maraqlı hadisəni açıqlayıb.

Publika.az xəbər verir ki, Berna Laçinin proqramına qonaq olan Gezen onun əsl soyadının Erkoç olduğunu, Ersoy soyadını isə özünün seçdiyini bildirib.

Onun sözlərinə görə, həmin vaxt çalışdığı kazinonun sahibi Fahrettin Aslan ondan Bülent Ersoyu dinləməsini istəyib. Sənətçini hələ görmədən afişada onun Erkoç soyadını görən Gezen bu soyadın assolist üçün uyğun olmadığını düşünüb və onu Ersoy olaraq dəyişdirib.

Müjdat Gezen Bülent Ersoyun Londonda keçirdiyi əməliyyatdan sonra yaşanan maraqlı hadisəni də xatırladıb.

O bildirib ki, əməliyyatdan cəmi iki gün sonra Ersoy mantı yemək istəyib. Ssenarist Türker İnanoğlunun xahişi ilə onu olduğu yerdən götürərək evə gətirən Gezen süfrəyə İtaliya mantısı qoyulduğunu deyib. Lakin Ersoy yeməyin İtaliya mantısı olduğunu öyrəndikdən sonra ondan imtina edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm