Eşton Kutçerin sürprizi anasını göz yaşlarına boğdu - FOTOLAR
Bizi izləyin

Magazin2

Eşton Kutçerin sürprizi anasını göz yaşlarına boğdu - FOTOLAR

Amerikalı aktyor Eşton Kutçerin hədiyyəsi anası Diana Finneqanı göz yaşlarına boğub.

Özü kimi aktrisa olan həyat yoldaşı Mila Kunis ilə ilk övladının dünyaya gəlməsinin bəxş etdiyi xoşbəxtliyi yaşayan Eşton Kutşer anasını qeyri-adi hədiyyə ilə sevindirib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor uşaqlığını keçirdiyi evi yenidən təmir etdirərək anasına böyük sürpriz edib.

Kutçer 13 yaşında ögey atasının inşa etdiyi evi yeniləyinb. Evin ailənin yeni üzvlərinə də miras qalmasını istədiyini deyən Kutçer "Anam mənim həyatımda ən böyük ilham mənbəyimdir. Təmir olunaraq yenilənən bu ev ona kiçik təşəkkürdür" – deyib. Məşhur aktrisanın anası isə evə girən kimi özünü saxlaya bilməyib. Aktyorun bu jesti anasının sevinc göz yaşlarına qərq edib.

Evin təmirdən əvvəl və sonrakı fotolarını təqdim edirik:

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm