Maraq dünyası
Yeni alma növü - "Qırmızı ay" - - FOTO
"Fruit Logistica" 2018 sərgisində qeyri-adi meyvə növü nümayiş etdirilib.
Publika.az xəbər verir ki, dünyanın bir çox ölkələrindən fərqli formatlarda iştirak edən dünya şirkətləri arasında "Red Moon" şirkəti içərisi qırmızı rəngdə olan qeyri-adi alma növünü təqdim edib. Şirkətin təqdimatı kifayət qədər diqqət çəkib.

Belə ki, şirkətin məqsədi həm yeni, həm də emal olunmuş qida məhsullarının müxtəlifliyini nümayiş etdirmək olub. Şirkət nümayəndələrinin dediyinə görə, hazırlanan qeyri-adi alma növünün əla dadı var. Məhsul yüksək keyfiyyət standartlarına cavab verir. Ondan digər meyvələr kimi şirə, kokteyl və s. hazırlamaq mümkündür. Sərgiyə təqdim edilən press-relizdə almanın tərkibi haqqında qısa məlumat qeyd olunub:
“İstehlakçılar bizim şirkət tərəfindən xüsusi olaraq hazırlanan qırmızı almaların xarici görünüşünə heyran olublar. Almaların həm xaricinin həm də daxilinin qırmızı rəngdə olması, həm də dadı onları qane edir. Bundan başqa, məhsulun tərkibi C vitamini və antosianinlə zəngindir.
"Red Moon" şirkətinin rəsmiləri yetişdirilən yeni alma növünün İtaliyada 35 hektarlıq bir ərazidə əkildiyini qeyd edib. Fransada isə şirkətin daha 23 hektarlıq ərazini əhatə edən torpaq sahələri var ki, burada da həmin yeni növ almalar yetişdirilir.

"Red Moon" şirkətinin əsası məhsulların yığılmasından satışına qədər bütün istehsal prosesi üzrə yüksək təcrübəyə malik İtaliya, Fransa və Niderlanddan olan peşəkarların birliyidir.
Könül Cəfərli
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


