Maraq dünyası
Bu pişiyin 200 milyon dollarlıq sərvəti var - Məşhur dizayner mirasını ona verdi
Dünya moda aləminin əfsanələrindən olan Karl Laqerfeldin ölümündən sonra qalan külli miqdarda sərvətinin kimə veriləcəyi hər kəsin marağındadır.
Publika.az xəbər verir ki, ən diqqətçəkən məqam ailəsi və varisi olmayan Karlın 200 milyon dollarlıq sərvətinin Çupette adlı pişiyinə qalacağı iddialarıdır.
Çünki moda ustası bir çox çıxışında Çupetteni varisi adlandırıb. Fransanın “Le Fiqaro” nəşrinin məulmatına görə, Almaniya konsitutsiyası Laqerfeldin mirasının pişiyinə qalmasına icazə verir.
Almaniyalı dizayner 2013-cü ildə CNN telekanalına verdiyi müsahibədə pişiyi haqqında bu sözləri deyib: “Qanuni olsaydı, pişiyimlə evlənərdim. Lakin hələ ki insanlarla heyvanlar evlənə bilmir. Bir pişiyə aşiq ola biləcəyimi heç düşünməmişdim”.
Qeyd edək ki, Çupette dünyanın məşhur pişiklərindən biridir. Onun instaqram hesabında 120 min izləyicisi var. Sahibinin ölümündən sonra pişiyin Laqerfeldin sevimli modellərindən olan Bred Koroniqdə qalması gözlənilir.
Zümrüd
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi












.jpg)











.png)












