Maraq dünyası
Xirosimaya atılan atom bombasından 10 dəfə güclü... – NASA-dan ŞOK İDDİA
Ötən ilin dekabrında Rusiyanın Kamçatka vilayətinin sahillərində böyük meteorit partlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) məlumatında deyilir.
Alimlər bildirirlər ki, belə miqyasda partlayışlara 100 il ərzində iki-üç dəfə rast gəlinir. Göy cismi zərər vurmayıb, çünki, o Berinq dənizinin üzərində partlayıb. Partlayış gücü isə Xirosimaya (“Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi –red.) atılmış atom bombasının gücündən 10 dəfə çox olub.
Bildirilir ki, partlayış dekabrın 18-də, təxminən yerli vaxt üzrə günorta baş verib. Göy cismi saniyədə 32 kilometr sürətlə Yer kürəsinin atmosferinə daxil olub. Meteorit Yer kürəsinin səthinin 25,6 kilometr üzərində 173 kiloton zərbə enerjisi ilə partlayıb.
BBC-nin məlumatına görə, meteoritin partlayışı hərbi peyklər tərəfindən qeydə alınıb. Partlayış Asiya və Şimali Amerika arasında uçan beynəlxalq aviaşirkətlərin marşrutlarına yaxın olub. Tədqiqatçılar partlayışın pilotların görüb-görmədiyini öyrənməyə çalışırlar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
