Maraq dünyası
Adnan Oktar və "kedicik"i polisdən qaçmaq istədi - Şok görüntülər ORTAYA ÇIXDI
Adnan Oktar və onun yaxın əlaltısı Didem Ürerin Kandillidəki villadan əməliyyat öncəsi qaçış görüntüləri ortaya çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin görüntülər Adnan Oktarın rəhbəri olduğu təşkilat üzvlərinin saxlanılması məqsədilə 2018-ci ildə Kandillidəki villasında keçirilmiş əməliyyatdan bir neçə dəqiqə əvvələ aiddir.
Villadan qaçan Adnan Oktar və Didem Ürer hüquq mühafizə oraqnlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılmışdı.
Görüntülərdə villadan aşağı yola doğru enən gizli bir keçidin olduğu görülür. Bu yoldan təşkilatın üzvü olan başqa qadınların da keçdiyi diqqətdən qaçmayıb.
Polis basqınından qaçan Adnan Oktarın gizli keçidin sonunda lüks avtomobilinə mindiyi və villadan sürətlə uzaqlaşdığı görünür. O və Didem Ürer avtomobillə Sarıyerə gedərkən saxlanılmış və üzərlərindən 40 min dollar və bir çanta dolusu valyuta ələ keçirilmişdi.
İddialara görə, Adnan Oktarı polis basqınlarına qarşı Üsküdardakı villasında və Kandillidəki villasında daim bir avtomobil, sahildə isə qayıq gözləyirdi.
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
MDB14:45Məşhur çay bakteriyaya görə qadağan olundu - Azərbaycanda da satılır
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim















.jpg)








.jpg)








.jpg)



