Maraq dünyası
Adnan Oktar türmədə də “dinc dayanmır” - Şantaj, təhdid, təhrik...
Adnan Oktarın başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı hazırlanan ittihamnamədə qalmaqallı həqiqət üzə çıxıb. A.Oktar türmədə də “rahat” oturmayıb və qanunsuzluqlarını davam etdirib. İttihamnamədə qeyd olunub ki, A.Oktar təşkilatın vəkilləri vasitəsilə həbsdə olan üzvlərə kağız yazaraq göndərib. Bundan başqa, türmədə etirafçı olmağa hazırlaşan təşkilat üzvlərinə də təzyiq göstərib və təhdid edib.
Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, ittiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, türmədə olan təşkilat üzvlərindən kimsə etirafçı olmağa hazırlaşırdısa, bu barədə etirafçı olmayanlar xəbər tutan kimi təşkilatın vəkilinə xəbər edir və sonuncu da həmin şəxsə qarşı təhdid və təzyiq kampaniyasına başlayırdı.
'ETİRAFÇI OLACAĞIMI ANLADI, OKTARIN VƏKİLİNİ ÇAĞIRDI”
İttiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, dörd aydan sonra etirafçı olmaq istəyib və bunu həftədə bir dəfə icazə verilən telefon danışığında anasına çətin şərtlər altında deyib: “Türmədə telefonla danışmaq sadəcə cümə günləri mümkün olurdu. Bütün təşkilat üzvləri də yan-yana telefonla danışırdıq. Mən anama zəng edəndə ona “mənə təcili vəkil göndər” dedim. Anam bu dediyimi anlamadı. İki əlimi birləşdirib ağzıma doğru apardım. Təşkilat üzvlərinin başa düşməyəcəyi bir şəkildə deməyə çalışarkən bu hərəkətimdən təşkilatın üzvü Pınar Sezgin bunu başa düşüb. Eyni kamerada qalan Selda Göktan ilə təşkilat tərəfindən tutulan və hamımıza ortaq gələn Aslı adındakı vəkilə Ayşə T. adlı vəkilin təcili olaraq türməyə gəlməsini deyirlər” dedi.
"SƏNİN VƏKİLİNLƏ GÖRÜŞMƏK İSTƏYİRƏM”
Etirafçı olmaq istəyən bir digər təşkilat şübhəlisinin ailəsi tərəfindən hər həftə qızlarının yanına göndərildiyini danışan B.K. sonradan etirafçı olan Ç.T.'yə “Sənin vəkilinlə görüşmək istəyirəm” dediyini, onun vəkili ilə görüşəndən sonra etirafçılıq və məhkəmə haqqındakı bütün məlumatları öyrəndiyini dedi.
B.K. etirafçı olma müddətində təşkilatın üzvü olan bir etirafçı ilə aralarında gedən dialoq barədə bunları deyib: "Ç.-yə bildirdim ki, burdan çıxandan sonra Adnan Oktarın yanında davam etmək istəmirəm. Bu səbəbdən də etirafçı olacam. Ç. T.-yə daha öncə də təşkilatdan qaçmaq istədiyimi demişdim. Ç. T. də mənim kimi təşkilatda psixoloji qorxu və travma yaşamasından ötrü etirafçı olmaqdan çəkinir və qorxurdu. Mən onunla bu mövzu barədə uzun-uzun danışandan sonra Ç. razılaşdı. İkimiz vəkil Hüseyn Küçüklə danışdıq. Biz Ç. Ilə bərabər kamerada bildiklərimizi prokurorluğa ayrı-ayrı ərizələr şəklində yazıb göndərdik".
''GÖRÜŞMƏ OTAĞINDA TƏŞKİLATIN VƏKİLİ BİR QEYD YAZARAQ TƏLİMAT VERDİ”
Digər etirafçı G.K. isə türməyə gələn təşkilat vəkillərinin türmədəki görüş otağında Adnan Oktarın kağıza yazdığı qeydləri onlara çatdırdığını və bu qeydlərlə təşkilat üzvlərinin təlimat aldıqlarını bildirib. Məhbuslarla görüşə gələn təşkilat vəkilləri bu qeydləri sənədlərin arasına qoyaraq, türməyə giriblər.
Ən maraqlısı da odur ki, A.Oktarın yazdığı məktublar “Xalam dedi ki...” başlığı ilə yazıldığından bu kod onların deşifrə olmamalarına səbəb idi. Həmin qeyddə isə aşağıdakılar yazılmışdı: “Vəkil Calal Ü. kimi etirafçı olmalarını istəyən vəkillərlə görüşməyin. Bu dosyanın içi boşdur, hər kəs bir neçə ay yatıb çıxacaq. Onsuz da əfv fərmanı məsələsi gündəmdədir. Səbirli olun, bir-birinizə mütləq məktub yazın. Etirafçılar da iftiraçıdırlar, məhkəmənin sonunda onsuz da günahkar vəziyyətə düşəcəklər. Kameralarda kamera təmizliyi kimi işlərə girişməyin. Yemək-içməyimizə fikir verin, bol-bol zeytun yağlı, tərəvəz və meyvə yeyin”.
OKTAR TƏLİMAT VERDİ, SAXTA EVLİLƏR DANIŞDI
Türmədəki təşkilat mənsublarına evliliklərinin saxta olmadığını göstərmək üçün Adnan Oktardan təlimat gəldiyi, bundan sonra “həyat yoldaşları” ilə telefonla danışmağa başladıqları da etirafçı B.K.-nın açıqlamalarında yer alıb. "Təşkilatı bu şəkildə təmizə çıxararaq, sanki burda saxta evliliklər yoxmuş kimi göstərilməyə çalışıldı”.
"NƏ SORUŞURLARSA, SORUŞSUNLAR, “BİLMİRƏM” DEYİN”
Mütəşəkkil cinayətkar dəstənin işi üzrə iddianamədə ifadəsi yer alan Ç.Ç. bildirib ki, əməliyyatdan əvvəl təşkilatın rəhbərlərindən olan Didem Ürer ona deyib: “Nə soruşsalar, “bilmirəm” de”. Əməliyyatdan sonra saxlanan Ç.Ç. başqa təşkilat mənsublarının da göz altına alındığını, onların gəlməsilə paralel nələr yaşandığını və necə təzyiq gördüyünü danışıb: "Bizdən 15-20 dəqiqə sonra Gülgün Göktan, Merve Büyükbayrak, Yeliz Sucu, Aslı Efeoğlu, Didem Rahvancı, Banu Şener, Pınar Sezgin gəldilər. Bunlardan sonra da Hüma Babuna, Ceyda Ertüzün və Duygu Altınok gəldi. Bu müddətdə Gülgün və Mervə mənə daim verilə biləcək suallar barədə düşünərək (evlilik, Bora ilə tanışlığım, Kartal Göktan haqqında verilə biləcək suallara) necə cavab verməli olduğumu dedilər. Məsələn, Gülgün mənə deyirdi ki, “Bora ilə 18 yaşında tanış olduğunu, evliliyinin isə çox xoşbəxt və rahat keçdiyini söylə, ailəni daim pislə, Adnan Oktarın məsum olduğu ilə bağlı danış”. Eyni zamanda “Onsuz da biz bir həftə sonra burdan çıxacağıq” deyərək üstü qapalı təhdidlər də edirdi”.
İSTİNTAQ ÖNCƏ KAMERADAKI İMTAHAN
Göz altında olanda şübhəlilərin ifadələri alınandan sonra nəzarətxanaya qayıdan şübhəli Gülgün Göktan ona ünvanlanan sualları ordakı şübhəlilərə çatdırır və eyni sual onlara yönləndirilərsə, ona necə cavab verməli olduqlarını deyirdi: “Bizə deyirdi ki, orda hər kəs bizə “Adnan Oktar təşkilatı, qruplaşması' deyir. Amma siz bunu inkar edin və dost qrupu olduğumuzu deyin. FETÖ ilə bağlı hər hansı sual veriləndə də yenə bilmədiyinizi deyin. Üstəlik, əlavə edin ki, Adnan Oktar FETÖ-yə qarşı idi. İmam bacı ifadəsini soruşanda isə cavab verin ki, belə bir ifadə ümumiyyətlə, yoxdur və onu ilk dəfə eşitmisiz. Adnan Oktarın bizi heç bir zaman məhdudlaşdırmadığını, qadınlara qarşı əsla şiddət tətbiq etmədiyini deyin. Ayrıca mənə dedi ki, bacı-qardaşlarınla bağlı sualları da inkar et. Peşmanlıq maddəsindən faydalanmaq istədiyinizi soruşanda isə "istəmirik" cavabını verin” deyə təlimatlar verilirdi”.
"AİLƏNLƏ GÖRÜŞMƏYƏCƏKSƏN!”
Həbs olunandan sonra türməyə Adnan Oktarın vəkili Ayşə T.-nin onun yanına gəldiyini deyən etirafçı Ç.Ç. onunla danışdıqlarından bəhs edib: "Ayşe T. məndən ailəmlə görüşüb-görüşmədiyimi soruşdu. Mən də görüşdüyümü dedim. Daha sonra mənə “Nə gözəl, görüşərsən” dedi. Amma əlindəki kağıza “Bir daha əsla görüşməyəcəksən” deyə yazaraq bu kağızı mənə göstərdi. Adnan Oktarın bir il sonra çıxacağını, Silivridə özünə ev hazırlatdırdığını bildirdi”.
"ÇILPAQ ŞƏKİLLƏRİM VARDI, ETİRAFÇI OLMAQDAN QORXDUM”
İfadəsində bu təzyiqlərdən çox qorxduğunu deyən etirafçı Ç.Ç. Oktarın vəkili Ayşe T.-nin dediklərini eşidəndə A.Oktarın həqiqətən də azadlığa çıxacağını düşündüyünü və qorxduğunu bildirdi: "Adnan Oktarın həqiqətən də çıxacağını düşünmüşdüm. Əgər mən etirafçı olaraq çıxsaydım, Adnan Oktar məni məhv edər və bitirərdi. Bir çox uyğunsuz və çılpaq şəkillərim Gülgün Göktan və Adnan Oktardaydı. O səbəbdən də Ayşənin bu danışıqlarından, daha doğrusu, təhdidlərindən qorxdum. Ertəsi gün ailəmlə görüşmək istəmədiyimlə bağlı türmə rəhbərliyinə bir ərizə yazdım. Adnan Oktarın çıxacağından çox qorxurdum”.
Ç.Ç. həmçinin deyib ki, digər təşkilat şübhəlilərinin anaları öz tutduqları vəkilləri qızlarına göndərdiyi zaman şübhəlilərdən Gülşah “Əsla o gələn vəkillə görüşməyin” deyə xəbərdarlıq edir, onlar da ailənin vəkilləri ilə görüşmürmüş: “Vəkil Arzu F.-nin hər həftə bizə göndərdiyi vəkil gəldi. Bu vəkilin adı Əsli A.-dır. Bu vəkil bizə hər həftə adımıza özəl qeydlər göndərirdi. Məsələn, “anangil Adnan Oktara, Bora Yıldıza, Emre Tekerə qarşı məhkəmə şikayətlərini geri götürsünlər” deyirdi. Mən də onların bu tapşırığını çatdırmaq üçün ailəmlə yenidən görüşdüm”.
OKTAR "HƏR KƏS BİR-BİRİLƏ MƏKTUBLAŞSIN” DEYİB
Ç.Ç. təşkilat vəkillərinin ona gətirdiyi kiçik məktublarla bağlı da məlumat verib: “Adnan Oktar tərəfindən adımıza yazılmış olan qeydlər gətirdi. Mənə verilən qeyddə 'Bizim ailələrinizə ehtiyacımız yoxdur, ailələrlə görüşülməsin” deyə bir qeyd gəldi. Bu qeydlər Adnan Oktarın istəyinə əsasən yazılırdı. Parol olaraq Adnan Oktar barəsində “xalam”, “anam”, ya da “yazar” deyə bəhs edilirdi. Vəkil A.Aslının daha öncə gətirdiyi qeyddə “Xalam (Adnan Oktar) deyir ki, hər kəs məktublaşsın, bir-birinə mesaj yazmayan, məktub yazmayan qalmasın!” (musavat.com)
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?