Maraq dünyası
Osmanlı imperiyasının ən qəddar adətləri: Qardaşını iplə... - ŞOK FAKTLAR
Qədim dövrün bir sıra adətləri bizə qəribə gəlsə də, həmin vaxt üçün adidən-adi sayılıb. Məsələn həyat və taleləri haqda bir sıra əfsanə dolaşan Osmanlı sultanlarının xüsusi qəfəslərdə böyüdüklərini bilirdiniz?!
Publika.az xəbər verir ki, Osmanlı imperiyasında taxt böyükdən kiçiyə keçirdi. Yəni böyük qardaşı öz hakimiyyətini kiçiyə dövr edirdi. Bunun üçün isə sultanın ölümünü gözləmək lazım gəlirdi. Taxta gələn sultan öz rəqiblərini hətta qundaq körpəsi olsa belə məhv etməli idi. Çünki bu addımı atmasa, xalq ona qarşı qruplaşa bilərdi. Bu qəddar təcrübəni ilk dəfə II Mehmet gerçəkləşdirmişdi.
Mehmet kifayət qədər savadlı hökmdar idi. Bundan əlavə Quranı çox gözəl bilirdi. Sultanın dövründə bir çox məktəb inşa edilmişdi. II Mehmetin əmrinə əsasən məktəblərdə məntiq, riyaziyyat, din və digər dərslər icbari tədris olunurdu. Elə həmin Mehmet də taxta çıxan kimi 19 qardaşını ipək iplə boğub öldürmüşdü. Sonralar bu vəhşilik Osmanlı imperiyasının qanununa çevrilir. Lakin iki əsr sonra I Əhməd əqli cəhətdən zəif qardaşının qatili olmaqdan imtina edir. Bunun əvəzinə qardaşlarına qarşı ev həbsi qanununu qüvvəyə mindirir.

Topqapı sarayının girəcəyindəki birmərtəbəli bina həmin dövr şahzadələrin qəfəsi adlanırdı. Möhtəşəm bağçası, hovuzu, gözəl otaqlarına rəğmən bina həbsxana funksiyasını daşıyırdı. Şahzadələr də sultanın qardaşlarının ayağına dolaşmamaq üçün həmin qəfəsə qapadılırdılar.
Lakin artıq əminik ki, qəfəs qızıldan olsa da, azadlığın dadını vermir.
Leyla Sarabi
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





