Maraq dünyası
Yer kürəsindən daha qədim METEORİT TAPILDI - FOTO
Əlcəzair səhrasında tapılan meteoritin Yer kürəsindən qədim olduğu məlum olub.
Publika.az xəbər verir ki, araşdırmaya görə, 2020-ci ildə Əlcəzairin Səhra çölündə tapılan meteoritin yaşı 4,6 milyard il əvvələ dayanır. Bu da meteoritin təxminən 4,5 milyard yaşında olduğu deməkdir.
Fransanın Qərbi Bretani Universitetində geokimyaçı Janna-Alisa Barranın rəhbərliyi altında olan elmi qrup 2020-ci ilin mayında Əlcəzairin Səhra çölündə tapılan meteoritin Yer kürəsinin yaranmasından əvvəlki vulkanik qaya parçası olduğunu açıqlayıb.
Universitet tərəfindən hazırlanan araşdırma hesabatında yazılır: "Meteorit bu günə qədər analiz edilən ən qədim maqmatik qaya və proto-planetləri örtən primitiv qabıqların meydana gəlməsinə işıq tutur".
Fransa alimləri "Erg Chech 002" adlı meteoritin Günəş sisteminin meydana gəlməsi əsnasında daha böyük qayalıq planetlər tərəfindən məhv olan və ya əmilən kiçik itkin planetdən gəldiyini söyləyir.
Mütəxəssislərin fikrinə görə, uzun yol qət edən meteorit təxminən 100 il əvvəl Yer kürəsinə düşüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
