Maraq dünyası
Kilolarla qızıl, 10 milyon başlıq pulu - İnanılmaz toy
Parlaq və möhtəşəm toylar bu gün artıq heç kimi təəccübləndirmir. Əgər əvvəllər yalnız dünya ulduzları belə bir məclis təşkil edə bilirdilərsə, indi sıradan insanlar, hətta qaraçılar da bu dəbdəbəni geri qalmırlar.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın əvvəlində Yaroslavlda qaraçıların təmtəraqlı toyu olub. Varlı aillədən olan yeni evlənənlərə üç gün ard-arda qiymətli hədiyyələr təqdim olunub. Mərasim şəhərin ən böyük restoranında baş tutub. Həmçinin toy sahibi məkanı qonaqlar üçün 3 günlük bağlatdırıb. Zal qızılı dekorasiya ilə göz qamaşdırıb və döşəmədən tavana qədər çiçəklərlə bəzədilib. Yeni evlənənləri təbrik etməyə yüzlərlə qonaq gəlib. Qonaqların sayını və onların oturduğu masaları saymağa dəyməz. Qaraçı toyu heç vaxt təvazökar olmur. Onlar öz imkanlarını nümayiş etdirməyi sevir və bundan zövq alırlar.
Vilka adlı gəlinə saysız-hesabsız qızıl, pul, qızılgül ləçəkləri hədiyyə edilib. 3 gün 3 gecə davam edən toyda gəlin dörd fərqli obrazda qonaqların qarşısına çıxıb, lakin paltarların üslubu dəyişməyib. Hər biri bərbəzəkli, bahalı və təmtəraqlı şəkildə olub. Bundan başqa qızın gəlinlik obrazlarının hər birini ümumi çəkisi bəlkə də kilodan çox olan müxtəlif qızıl-zinət əşyaları bəzəyib. Bildirilir ki, bəy qızın ailəsinə qızıl sinilərdə 10 milyon rubl başlıq pulu verib.
Qonaqların süfrələri isə müxtəlif nemətlərlə dolub-daşıb, quş südündən başqa nə desəniz, tapmaq olar, meyvələr, tərəvəzlər, spirtli içkilır, dəniz məhsulları, ət, salatlar və.s Bəzi kadrlarda hətta bütöv bir donuz balasını görə bilərsiniz.








-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




















.jpg)















.jpg)
.jpg)

