Maraq dünyası
Adyalla evlənən qadın 120 qonaqdan NƏ TƏLƏB EDİB?
İngiltərənin Devonşir əyalətinin Ekseter şəhərindən olan, yorğanı ilə evlənən qadın toydan və əri ilə münasibətindən danışıb.
Publika.az xəbər veri ki, qeyri-adi cütlüyün hekayəsini" LADbible" nəşr edib.
14 fevral 2019-cu il tarixində 120 qonağın iştirakı ilə Paskal Sellikin və adyalların toyu baş tutub. Mərasim üçün pijama geyim kodu təyin edilib. Həmin vaxt 49 yaşı olan gəlin hamıdan yuxu paltarı və başmaq ilə gəlmələrini istəyib.
"Bu toy bir sənət layihəsi idi, Sevgililər Günündə bəzən tənhalıq yaşayan hər kəsə ünvanlanmış bir növ mesaj idi. Biz onlara deməyə çalışdıq ki, hər şey qaydasındadır və belə vaxtlarda özünüzə qulluq etmək, yataqda vaxt keçirmək və bəlkə də yataq paltarları ilə evlənmək yaxşıdır. Niyə də yox?", - deyə Sellik izah edib.
Qadın adyalla münasibətini ehtiraslı sevgi kimi deyil, böyük dostluq kimi qələmə verib. O, əlavə etdi ki, onun başqa adyalları da var, lakin o, həmişə onlardan yalnız birinə emosional bağlı olub. Adyaldan əlavə, Sellikin daha ənənəvi tərəfdaşı da var: Conni adlı bir adam. Qadının dediyinə görə, o, qısqanc deyil və onun davranışlarına rəğbət bəsləyir.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































