Maraq dünyası
Qadınlar ona görə mesaja cavab yazmır ki... - Kişilər, bunu etməyin - VİDEO
“Tinder və digər tanışlıq proqramlarında olan cümlələrin, sətirlərin məzmunu qadının diqqətini həm cəlb edə, həm də qadını kişidən birdəfəlik uzaqlaşdıra bilər”.
Publika.az xəbər verir ki, bu sözləri şəxsi münasibətlər kouçu Luanna Uord “Daily Mail”ə müsahibəsi zamanı deyib.
Uordun fikrincə, kişilərin bu mövzuda üç əsas səhvi var.
“Birincisi, ünsiyyətin başlanğıcında “necəsən, nə var, nə yox?” sualının verilməsidir. Bu zaman qadınlar düşünür ki, qarşısındakı maraqlı söhbət aça bilmədiyi üçün hələ ona nələrin maraqlı olacağını bilmir və ənənəvi suallar verir. Normal olaraq, o, söhbəti davam etdirməkdə çətinlik çəkirsə, üzbəüz görüşdə nə danışacaq?”,- deyə o izah edib.
Uord, həmçinin bildirib ki, mesajlarda həddən artıq çoxlu emojilərdən istifadə etmək tanışlıq üçün heç də yaxşı bir başlanğıc deyil: “Emojilərin çoxluğu iyrənc və yersiz görünür”.
“Əgər qadın yazdığınız mesajlara cavab vermirsə, ona “ Mənə məhəl qoymursan?” və ya “Niyə cavab yazmırsan” deyə yazmayın. Anlayın ki, cavab verməyib susmağın 2 səbəbi var: ya həmsöhbət məşğuldur yaza bilmir, ya da sizinlə ünsiyyət qurmaqda maraqlı deyil”.
Mütəxəssis vurğulayıb ki, qadının diqqətini cəlb etmək üçün ona uzun-uzadı süni mesajlar yazmaqdansa, ilk dəfədən səmimi SMS yazmaq daha məqsədəuyğundur, çünki qadın intuisiyası güclüdür.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































