Maraq dünyası
"Tvitter" qaydaları məhdudlaşdırdı
"Tvitter" sosial şəbəkəsi platformanın qaydalarını pozan yazıların görünməsini məhdudlaşdırmağa başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi bloqunda yerləşdirilən yazıda deyilir.
“Biz tezliklə qaydalarımızı pozan tvitlərə bayraq işarələri əlavə edərək, onların görünməsini məhdudlaşdırdığımızı sizə xəbər verəcəyik”, - məlumatda bildirilir.
Şəbəkə öz qərarını istifadəçilərin fikir və ideyalarını senzurasız ifadə etmək hüququnu qorumaq istəyi ilə izah edir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 27-də İlon Mask sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Şirkəti aldıqdan dərhal sonra o, burada ixtisarlar həyata keçirib. Mask dəfələrlə tviterdə sərt senzuraya qarşı olduğunu bildirib və hesabları bloklanan istifadəçilərin hüquqlarını bərpa edəcəyinə söz verib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































