Maraq dünyası
83 yaşlı qadın 37 yaşlı ərini seks köləsi edibmiş: Yalnız yanağımdan öpürdü
83 yaşlı ingilis qadın 37 yaşlı keçmiş ərinin cinsi köləliklə bağlı ittihamlarını rədd edib.
Publika.az xəbər verir ki, britaniyalı təqaüdçü Misirdən olan keçmiş ərini cinsi köləlikdə saxlaması ilə bağlı iddiaları rədd edib. Bu barədə "Daily Mirror" yazır.
Qeyd edilir ki, 83 yaşlı Cons 37 yaşlı Məhəmmədlə 2019-cu ildə onlayn tanış olub. Onlar yazışmağa başlayıb və bir il sonra evlənmək qərarı veriblər. Məhəmməd uzunmüddətli viza alaraq, nişanlısının yanına köçüb. Lakin 2023-cü ilin iyul ayında cütlüyün boşandığı məlum olub. Cons keçmiş ərini “evində xaos yaratmaqda” ittiham edərək, onu qovub.
Məhəmməd keçmiş arvadını onu seks köləsi etməkdə günahlandırıb: “Mən ona kraliça kimi yanaşdım, o isə məndən seks köləsi kimi istifadə etdi. Mən onu sevirdim, o isə mənim ürəyimi qırdı”. Misirli iddia edir ki, əvvəlcə təqaüdçü ilə münasibətləri yaxşı olsa da, lakin sonradan arvadı onu ələ salmağa başlayıb. Ondan hər zaman seks tələb edib və ona duş qəbul etməyi, tualetə getməyi qadağan edib.
Bu ittihamlardan sonra Cons jurnalistlərə müsahibə verib. O, Məhəmmədi yalançı və “tozlu su siçovulu” adlandırıb: “O, mənim seks köləm deyildi. Sadəcə romantik deyildi, yaxınlığı, qucaqlaşmaları, ehtirasları və uzun öpüşləri sevmirdi. Yalnız yanağımdan öpürdü".
Mehti Kamiloğlu
-
Rəsmi xronika16:42İlham Əliyev fərman imzaladı
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI








































