Xilasedicilər xəyanətin üstünü açdılar: 8-ci mərtəbədən yıxılsa da, sağ qaldı - Fotolar
Bizi izləyin

Maraq dünyası

Xilasedicilər xəyanətin üstünü açdılar: 8-ci mərtəbədən yıxılsa da, sağ qaldı - Fotolar

Xilasedicilər xəyanətin üstünü açdılar: 8-ci mərtəbədən yıxılsa da, sağ qaldı - Fotolar

Rusiyada maraqlı hadisə baş verib.

Publika.az "Kras Mash"a istinadən xəbər verir ki, Krasnoyarsk sakini səkkizinci mərtəbədən yıxılsa da sağ qalıb.

Hadisə Cambulskaya küçəsində baş verib. "Telegram" kanalının məlumatına görə, xilasedicilər məlum hadisədən təsadüfən xəbər tutublar: "Bir kişi xilasedicilərə zəng edərək evinə girə bilmədiyini, ancaq içəridən səs gəldiyini, uşağın isə ağladığını deyib. Hadisə yerinə gələn mütəxəssislər qapını sındırmadan açmağa çalışıblar, lakin bunu bacarmayıblar. Sonda qadın özü qapını açıb və o, sevgilisi ilə birlikdə olduğunu etiraf edib. Məlum olub ki, ərdən gizlənməyə çalışan kişi pəncərədən yıxılıb. Daha sonra o, təcili şəkildə xəstəxanaya yerləşdirilib və həkimlər kişinin vəziyyətini ağır qiymətləndiriblər".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm