İnanc
Bu gün Məhəmməd peyğəmbərin (s) mövlud günüdür
Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) mövlud günüdür. Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.
Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il
Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.
Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasından seçərək, özünə
Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir.
Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara
və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107).
Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf
edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və
Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).
Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira
mağarasında olarkən, ona MÜqəddəs Quranın ilk ayəsi nazil olmuşdu:
"Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq",
1).
Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və
sonra, milyardlarla insan anadan olub və vəfat edib. Amma nəzər
saldığımız doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın
zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya
gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı.
Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər
salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə-yeksan
oldu. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri
və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (s) tərəfindən
cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar
cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim
"bundan daha kamili ola bilər" söyləməyə cürət tapmadı. Söyləyənlər
oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən, onlar
özləri özlərini aldatdılar. Aşkara göz yumdular. Gözlərini yumdular
və "Günəş yoxdur ki! Hər yan zülmətdir ki!" söylədilər. O isə artıq
var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü
bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi. Xatəmun-ənbiyya dünyaya
göz açdı.
Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları
əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.
Bu əziz bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik
edirik!
az.islam.az
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi


















.png)


















