• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qadınla kişini bir-birinə bağlayan SİRLİ ENERJİ - MARAQLI FAKTLAR

  • İnanc
  • 12 Dekabr 2018 13:13
  • 2 703 Baxış
Qadınla kişini bir-birinə bağlayan SİRLİ ENERJİ - MARAQLI FAKTLAR

Xoş münasibətlər qurmaq üçün, ilk növbədə kişi ilə qadın enerjisinin bir-birindən nə ilə seçildiyini araşdırmaq vacibdir. Sonra isə onların birliyi üzərində işləmək lazımdır. Belə bir məsəl də var ki, uzun illər bir yerdə yaşayan insanlar bir-birlərinə o qədər oxşayır ki, onlardan birinə diaqnoz qoymaq və hər ikisini müalicə etmək olar, çünki səhhətləri ilə bağlı problemləri də eynidir.

Həqiqətən də bir-birini sevən insanların aurası vəhdət halında birləşir və ümumi enerji sahəsi yaranır. Qadın və kişi arasındakı qarşılıqlı əlaqələr nə qədər dərin olarsa, onların arasındakı məhəbbət bir o qədər güclü inkişaf edir.

Publika.az bu yazıda oxucuları cütlük arasındakı enerjinin formalaşması haqqında maraqlı faktlarla tanış edib.

Cütlüyün enerjisi necə formalaşır?

İncə planda cütlüyün vəhdəti aşağıdakı kimi görünür: hər ikisi parlaq topun içərisindədir və onları bir-birinə çox sayda işıq şüaları birləşdirir. Hisslər nə qədər güclüdürsə, enerji sahəsi bir o qədər güclü işıq saçır. Münasibətlərdə qarşı tərəfə məhəbbət, heyranlıq və ya şəfqət parlaq şüa şəklində təzahür edir. Mənfi duyğular isə kürəni qaranlıq rəngə boyayır. Məsələn, küskünlük içəri keçərək təmiz enerjilərin işığını söndürür və sürətlə kürəni qaranlığa qərq edir. Nifrət və qəzəb enerjisi isə kürəyə ildırım zərbəsi kimi təsir edir və şar onun zərbəsi nəticəsində parçalanaraq tərəfləri müxtəlif istiqamətə atır. Şübhə də cütlüyün məhəbbətini içəridən gəmirən soxulcan kimi görünür. Ümumiyyətlə, istənilən neqativ hisslər cütlüyün aurasına daxil olaraq vahid enerji sahəsini dağıdır. İstənilən müsbət hisslərsə cütlüyün enerji sahəsini işıqlandıraraq tərəfdaşlar arasında əlaqəni gücləndirir.

Cütlüyün vəhdətini əsas 7 çakra üzrə bölmək olar. Onların hər biri həyatının müəyyən bir aspektinə aiddir.

Birincisi maddiyyat və pulla bağlıdır;

İkincisi cinsəllik və yaradıcılıq ilə;

Üçüncü - "burada və indi" vəziyyəti ilə;

Dördüncü - mənəvi məhəbbətlə;

Beşinci - ünsiyyət və anlaşma ilə;

Altıncı - ideal partnyor təsəvvürü ilə;

Yeddinci isə qəlb səviyyəsində birləşməsidir.

Əgər münasibətlər bu yeddi çakra üzrə keçərsə, deməli, cütlük qapalıdır, onlar bir-birinə güclü enerji şüaları ilə bağlıdır. Bir çox hallarda biz birlikdə yaşamasına baxmayaraq, birləşə bilməyən cütlüklərlə rastlaşırıq. Məsələn, qızı maddi baxımdan valideynləri dəstəkləyir, gündəlik ünsiyyətin (Boğaz çakrası) çoxu rəfiqəsi və ya həmkarı arasında baş verir, o, xəyallarında qurduğu ideal kişinin arzuları ilə yaşayır və ürəyinin bütün sevgisini uşağına ötürür. Onu əri ilə ən yaxşı halda sadəcə seks birləşdirir. Nəticə etibarı ilə onların münasibətləri sadəcə bir çakra üzərində qurulur. Seks yoxdursa, onlar qonşu kimi yaşamağa başlayırlar. Qısası, belə cütlüyün ortaq enerji sahəsi mövcud deyil.

Kişi enerjisi

Vahid enerji sahəsi qarşılıqlı məhəbbət əsasında öz-özünə yaranır və partnyorluq şərtləri altında davam etdirilir. Cütlüyün enerji gücü o zaman inkişaf edir ki, onlar həm münasibətlərin qurulmasına, həm özünə, həm də qarşı tərəfə enerji xərcləyir, səy göstərir. Prinsipiallıq ondadır ki, burada hər kəs öz təbiətinə əsaslanaraq sərmayə qoyur: Kişi – kişi kimi, qadın isə qadın kimi.

Qadın özündə kişi enerjisi inkişaf etdirməyə və özünü kişi kimi aparmağa başlasa, özündə pis heç nə hiss etməyəcək. Sözsüz ki, əgər tək yaşayırsa. Lakin ərli qadın özünü belə aparırsa, bu zaman kişinin də özünü qadın kimi aparmaqdan başqa “çarəsi” qalmır.

Bu, eyni ilə kişilərə də aiddir. Təklikdə o, mülayim və həssas ola bilər, lakin münasibətlərdə o, kişi enerjisini nümayiş etdirməlidir. Məsələn, qətiyyət, tez reaksiya vermək qabiliyyəti, məsuliyyəti öz üzərinə götürmək qabiliyyəti və s. bu kimi öhdəlikləri yerin yetirməyə borcludur. Əks halda, bütün bu keyfiyyətləri onun ikinci yarısı göstərməli olacaq.

Ümumiyyətlə, münasibətlərdə kişi maddi cəhətdən məsuliyyət daşıyır, qadın hisslər aləmi və münasibətlərin vəziyyətindən cavabdehddir. Material çakraya əsasən kişi verən, qadın isə alan tərəfdir. Mənəvi və ürək çakrası baxımdan əksinə, qadın verən, kişi isə qəbul edən tərəfdir. Bu, təbiət qanunudır və bunu başa düşmək lazımdır.

Qadın enerjisi

Qadın ürəyi onun icazə verdiyi hər kəs üçün sonsuz sevgi sığınacağıdır. Ürək çakrası inkişaf etmiş qadın üçün sevmək asandır. Bunun üçün onun əlavə səy göstərməsinə, özünü inandırmağa və ya məcbur etməsinə ehtiyac yoxdur. Əgər bir qadın aşiq olmaq istədiyini, lakin uğurlu namizəd olmadığını deyirsə, deməli, onun ürək çakrası açıq deyil.

Müasir dövrdə sevdiyini və xoşbəxt olduğunu deyən qadın çox nadir rast gəlinən nümunədir. Əksəriyyətin çakrası bağlıdır, odur ki, onlar üçün sevmək ağırdır. Kimsə axtardığı ağ altı şahzadəsini tapa bilmir, bir başqası yaşadığı uğursuz münasibətlərdən dolayı böyük məyusluğa düçar olur və o, sevgi hissinin sevincini deyil, sadəcə kədər və qəm-qüssəsini yaşayır. Nəticədə, məhəbbət onun üçün əsl əziyyətə çevrilir və qadın qeyri-ixtiyarı olaraq ürək çakralarını bağlamağa qərar verir.

İndi bəzi qızlar intim münasibətlərə asanlıqla razılaşır, lakin kimisə öz qəlbinə yaxın buraxmaqdan inanılmaz dərəcədə qorxur. Çünki onlar sevməkdən, aldatılmaqdan, xəyanətə məruz qalmaqdan, səhv etməkdən, alçaldılmaq, vaxtını boşa itirməkdən, səfeh vəziyyətinə düşməkdən qorxur. Odur ki, isti və səmimi qəlb münasibətləri onlarda heç cür alınmır. Qorxu hər şeyi bağlayır, nəinki böyük hisslər, hətta yenidən aşiq olmaq imkanını əlinizdən alır. Yeni münasibətlərə başlamaq üçün adətən qızlar ilk addımı kişidən gözləyir: evlilik təklifi edəcək, bahalı hədiyyə alacaq və yaxud niyyətlərini təsdiq edən təşəbbüslər həyata keçirəcək. Bu zaman qızlar sevmək qorxusunun azala biləcəyini iddia edir. Bir çoxları ömrünün sonuna qədər bu gözləntilərlə yaşayır. Lakin yadda saxlayın ki, qadın sevgisini hiss etməyən kişi hərəkət etmək istəməyəcək, qadına isə qorxusu yenidən sevməyə mane olacaq. Nəticə etibarı ilə bağlı dairə yaranacaq.

Qadının ona məhəbbət bəslədiyini kişi yalnız ürəyi ilə deyil, həm də ağlı ilə - həyat hadisələrini təhlil edərək anlaya bilər. Ətrafa nəzər salsanız, görərsiniz ki, kişilər həmişə onları ruhlandıran, enerji ötürən, əhvalını qaldıran və daim dəstəkləyən qadınları seçir.

Romantik münasibətlərə yeni başladığı və ya iki insan arasında yeni-yeni sevgi doğulduğu dövrdə kişilərin necə coşqun enerjili və təşəbbüskar olduğu yəqin ki, sizə məlumdur. Hərəkət etmək arzusu qadının kişiyə sevgi göndərdiyinin əsas əlamətidir. Kişi üçün aşiq olmaq fəaliyyətdə olmaq deməkdir.

Ümumilikdə kişiyə qadın sevgisi ona görə lazımdır ki, o, hərəkət edə, özündə güc toplaya və irəliyə gedə bilsin. Bu, avtomatik şəkildə öz-özünə baş verir. Çünki sevgi enerjisi kişidə öz gücünü artırmaq və hərəkət etmək istəyi yaradır. Kişi üçün sevgi ona maddi qazanc gətirən həyat qüvvəsidir. Sevilən kişi çox çalışqandır: onun çalışmaq və irəli getmək arzuları heç vaxt tükənmir, onun işdə yüksəlmək imkanları çox genişdir. Yaxud da əksinə: Qadından heç bir enerji və lazımi sevgi dozası almayan kişini yerindən tərpətmək çətindir.

Kişi enerjisi: maddi çakralar

Təbiət bütün kişilərə yaratmaq imkanı versə də, ondan hər kəs istifadə edə bilmir. Kişinin maddi çakrları əsasən qorxu enerjisi ilə bağlıdır. Heç nəyə baxmayaraq, öz qorxuları ilə üzləşmək, onlardan azad olmaq və hərəkət etmək kişinin başlıca vəzifəsidir. Kişi özü maddi durumunu inkişaf etdirməli və pul qazanmağı bacarmalıdır. Heç kimə sirr deyil ki, özünü inkişaf etdirən, tələb olunan, ailəsini və özünü təmin etməyə qadir olan kişi özünü daha yaxşı hiss edir.

Qadın üçün qarşı tərəfin onun yaratdığı imkanları görə bilmək və qəbul etmək əsas olmalıdır. Qadın özü də karyera sahibi ola bilər, lakin ailənin təmin olunmasında birinciliyi kişiyə vermək daha yaxşıdır. Maddi baxımdan ailəni kişinin dolandırmasına və təmin etməsinə qızlar iki əlli razı olsa da, daxili aləmləri tamamilə əksi üzərində qurulub. Buna ən geniş yayılmış modellər bunlardır:

- Özüm qazanıram, heç kimdən asılı olmaq istəmirəm;

- Kişidən daha yaxşı olmaq istəyirəm, onun məndən daha yaxşı (daha ağıllı, daha bacarıqlı, daha uğurlu və s.) olmasına icazə verə bilmərəm;

- Bir adamdan asılı olmaq utancdır, özün çalışmalı və pul qazanmalısan;

- Kişini idarə etmək istəyirəm, qoy o, o məndən asılı olsun.

Bütün bu modellər ona gətirib çıxarır ki, belə cütlükdə kişi yaxşı pul qazana bilmir və ya qazandığı pulu ailəsinə xərcləmir.

Qarşılıqlı münasibətlər üzərində qurulan cütlüklərin birinci çakrasında maddiyyat ümumi olur.

Yaxud da cütlüyün ilk çakrası bağlıdırsa, enerji axını bloklanır və tərəflərdən hər biri maddi məsələləri müstəqil şəkildə həll edir.

Sevgili olmaq bərabərhüquqlu enerji mübadiləsi deməkdir. Söhbət cinslərin bərabərliyi haqqında getmir, çünki təbiətən kişinin və qadının enerjiləri müxtəlifdir, onları müqayisə etmək olmaz və bərabərləşdirmək mümkün deyil. Hər kəs öz sahəsində ən əsas və birincidir, odur ki, birincilik uğrunda mübarizə aparmağın mənası yoxdur. Mübarizə əvəzinə hər iki tərəf münasibətlərini zənginləşdirən qarşılıqlı fəaliyyətə keçməlidir. Bu halda hər ikisi udur. İnsanlar özləri seçirlər, münasibətləri döyüş meydanı olacaq, yaxud da inkişaf, sevgi və uğur sahəsi olacaq.

Aytən Məftun

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR