İnanc
Yeni İl bayramı ilə bağlı ilk dəfə oxuyacağınız DƏHŞƏTLİ FAKTLAR
İngilislərin sevimli Santası, fransızların Noel atası, bizim Şaxta babamız heç də bütün xalqlar üçün müsbət qəhrəman, bayramın rəmzi deyil.
Milad bayramının adətləri ölkədən-ölkəyə dəyişir. Bizə fantastik görünənlər isə digərlərinə adi gələ bilir.
Publika.az xəbər verir ki, Almaniyada mehriban Şaxta Babanı “Krampus” adlı dəhşətli personaj müşayiət edir.
Dekabrın 5-dən 6-na keçən gecə o, şəhərin küçələrinə çıxıb ilboyu nadinclik edən azyaşlıları cəzalandırır. Görürsünüzmü, yeni il hər balaca üçün bayram deyil, xüsusən də Almaniyada...
Venesuelanın paytaxtı Karakasda isə dekabrın 16-dan 24-ü səhər saat 8-dək inanclı insanlar xizəklərlə kilsəyə getsinlər deyə yollarda hərəkət dayandırılır.
Dekabrın 24-ü saat 15-də isə bütün finlandiyalıları qəbristanlıqda görə bilərsiniz. Belə ki, onlar dünyadan köçənlərinin məzarı üzərində şam yandırıb, dua oxuyurlar.
Cənubi koreyalılar 25 dekabrı aşiqlər günü kimi qeyd edirlər. Baxmayaraq ki, 14 fevral sevgililər bayramı da Koreya xalqı tərəfindən təntənəli şəkildə keçirilir, bu bayrama da rəng qatırlar. Cütlüklər gecə klublarına gedir, kiçik hədiyyələr alırlar. Sonra isə qadınlar qırmızı, kişilər ağ rəngdə geyinib küçələrdə gəzişirlər.
Yaponlar isə bayram axşamı KFC kafelərinin önündə sıx növbə yaradırlar. Bəli, bəli, səhv oxumadınız! Məsələ burasındadır ki, 1970-ci ildə Yaponiyada hinduşka və şabalıd tapmaq çətin idi. Odur ki, KFC şirkətinin sahibi hər kəsə təmtəraqlı şam yeməyi əvəzinə toyuq qızartması almağı təklif edir. Deyilənə görə bayram axşamı Yaponiyanın KFC kafelərinin önündə heyrətamiz izdiham yaşanır.
Leyla Sarabi
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi


















.png)


















