İnanc
Məşhur amerikalı alimdən XƏRÇƏNGLƏ BAĞLI İNANILMAZ ARAŞDIRMA: sən demə, bu yolla...
"Fractal Tima" kitabının müəllifi, məşhur amerikalı yazıçı və alim Qreq Breydenin nəzəriyyəsinə əsasən xərçəng xəstəliyini düşüncə gücü ilə sağaltmaq mümkündür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, o, duyğularımızın DNT-yə təsir göstərdiyini, dua və müsbət düşüncə gücünün hər cür fiziki narahatlıqların müalicəsində kömək edə biləcəyini iddia edir. Onun çoxsaylı tədqiqatları bizi qorxudan və qeyri-müəyyənlikdən uzaqlaşmağa təşviq edir.
Emosiyaların xərçəng hüceyrələrinə təsiri
O, hesab edir ki, simptomlar və düşüncələr arasındakı əlaqəni gücləndirməklə xərçəngin təsiri dayandırıla bilər:
“Bu fakt 1996-cı ildə çıxan “Nature No. 332” elmi jurnalında təsdiq olunub. Hisslərimiz və düşüncələrimiz üzərində nəzarət elektromaqnit sahələr yaradır. Bu dalğalar vücudumuzda bir metrə qədər çata bilər.
Məsələn, Nikola Tesla (simsiz elektrik ixtiraçısı) gələcəkdə insanların düşüncə gücünü istifadə edərək elektrik enerjisi yaratmaq iqtidarında olacağını qeyd edib. Bu da onu göstərir ki, düşüncələr çox güclü enerji mənbəyidir.
Ancaq burada hiss etdiyimiz və gördüyümüz hər şey haqqında qarışıq düşüncələr deyil, güclü və bir mərkəzdə cəmlənmiş düşüncələrdən söhbət gedir. Düşüncələr çox güclü elektromaqnit sahəsi yaradaraq ətraf mühitə təsir göstərə bilər.
Güclü elektromaqnit şüa istehsal etmək istəyirsinizsə, hisslərinizə və duyğularınıza nəzarət etməli və bunu daim yerinə yetirməlisiniz.
DNT emosiyaların güzgüsü kimidir. Məsələn, "Özümü pis hiss edirəm", "Xəstəyəm", "İş tapa bilməyəcəm" və s. bu kimi neqativ fikirlər genlərimizdə dəyişiklik yaradır və bu zaman biz özümüzü həqiqətən də pis hiss etməyə başlayırıq. Duyğu və inanclar xəstəliklərin yaranma və müalicəsi ilə birbaşa əlaqəlidir”.
Aytən
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi


















.png)


















