İnanc
Başqalarının paltarlarını geyinmək TƏHLÜKƏLİDİR - VİDEO
Video əlavə olunub.
***
17:23
Dünya şöhrətli rəssam Pablo Pikasso paltarlarını heç kimə verməzdi. O, hesab edirdi ki, kim ki onun paltarlarını geysə, o adamın vərdişləri rəssama ötürüləcək. Daha doğrusu, ya sərsəri, ya da alkoqolik olmasından qorxurdu. Bəli, Pikasso çox batil bir adam idi...
Publika.az xəbər verir ki, bionergetiklər iddia edir ki, başqalarının geyimlərini geyinmək təhlükəlidir. Əvvəllər alimlər belə şeylərin mənfi təsirini paltardakı infeksiyaların öz-özünə hipnoz yolu ilə və ya yeni sahibinin bədəninə bakteriya və virusların daxil olması ilə izah edirdi. Elm nəhayət ki, kvant fizikası sahəsində biliklərlə silahlanana qədər bütün başqa izahatlar cəhalətpərəstliyin fitnəsi hesab edilirdi. Beləliklə, kvant fizikasının kəşflərindən biri mahiyyətində olduqca sadədir: əgər iki sistem ən azı bir dəfə kəsişərsə, bunun təsiri əbədi qalacaqdır.
Xəstə və ya mərhumlara aid geyim və digər əşyalar sahibi haqqında məlumatı özündə saxlayır. Bu məlumatın yeni sahib üçün nə qədər zərərli olacağı bir çox amillərdən, o cümlədən psixoloji müdafiə səviyyəsindən, immunitet sistemindən, emosional reaksiyalardan və bir çox digər amillərdən asılıdır.
Vladimir Dahl və İvan Saxarovun əsərləri ağır xəstə və ya ölü insanlara aid paltar və əşyalarla əlaqəli bir çox ritualdan bəhs edir. Xəstə və ya mərhumla əlaqəli olan xəstəlikdən, uğursuzluqlardan və ya "lənətdən" qurtulmaq üçün qohumları onun bütün əşyalarını yolun kənarında qoyur və ya kimsəsizlərə paylayır. Yoldan keçən bir adam dayanıb onları götürürsə, bütün xəstəlikləri və uğursuzluqları özüylə aparacaq.
Maraqlıdır ki, fərqli mədəniyyətlər və inanc sistemləri insanları istifadə olunmuş əşyaların təhlükəsi barəsində eyni şəkildə xəbərdar edir. İnanclarda deyilir ki, əvvəllər bədbəxt və ya qeyri-sağlam birisinə aid olan əşyalar yeni sahibinə təsir edir.
Bundan başqa həkimlər də uşaqların başqalarının paltarlarını geyinməsinə qarşı çıxırlar. Bu, infeksiya mənbəyi ola bilər və bu cür paltarları güclü kimyəvi maddələrlə təmizləmək də sağlamlığınız üçün yaxşı deyil. Yeni bir şey almaq daha yaxşıdır.
Ailənin böyük uşaqlarının geyimləri adətən kiçiklərə qalır. Bu zaman eyni ailənin nümayəndələri oxşar mikrofloraya və enerjiyə malik olur. Yeri gəlmişkən, başqasının ayaqqabılarını geymək xüsusilə təhlükəli hesab olunur. O, yerə toxunur və iz buraxır. Yeni Qvineya sakinləri və rus kəndliləri bir vaxtlar "cığırdakı" magiyadan çox qorxurdular.
Aytən
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”